“Dəniz Yılmaz yeni transferimizdi” - Klub prezidenti
"Bursaspor"un prezidenti Ali Ay Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz haqda fikirlərini bildirib. klub rəhbəri təcrübəli hücumçunun ünvanına təriflər yağdırıb.
4 Avqust 2017 13:32 İdman"Bursaspor"un prezidenti Ali Ay Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz haqda fikirlərini bildirib. klub rəhbəri təcrübəli hücumçunun ünvanına təriflər yağdırıb.
O, əfv edilərək əsas komandaya cəlb edilən Dənizdən yeni baş məşqçi Pol Le Quenin ağızdolusu danışdığını vurğulayıb. Prezident millimizin üzvünə yeni transfer gözü ilə baxdıqlarını vurğulayıb: "Baş məşqçimiz Dənizdən çox razıdı. Həm o, həm də biz Dənizə yeni transfer gözü ilə baxırıq".
Qeyd edək ki, "Bursaspor"un "Keçiörengücü" üzərində 4:0 hesabı ilə qalib gəldiyi yoxlama görüşündə Dəniz Yılmaz 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbər verir.