Almaniyada Azərbaycana həsr edilmiş Yay Festivalı keçirilib

Almaniyanın Kleinsassen şəhəri bu ilki ənənəvi yay festivalını Azərbaycan mövzusuna həsr edib. “OLAYLAR”-ın xəbərinə görə. "Nar və Odlar yurdu“ adı ilə keçən çoxşahəli mədəniyyət və incəsənət proqramı iyun ayından başlayaraq avqustun sonuna qədər davam edəcək.

Almaniyanın Kleinsassen şəhəri bu ilki ənənəvi yay festivalını Azərbaycan mövzusuna həsr edib. "OLAYLAR"-ın xəbərinə görə. "Nar və Odlar yurdu" adı ilə keçən çoxşahəli mədəniyyət və incəsənət proqramı iyun ayından başlayaraq avqustun sonuna qədər davam edəcək. Festivalın mühüm tədibirlərindən biri də 28 iyul Avropa Əməkdaşlıq Forumunun sədri, Alman-Azərbaycan Forumunun mədəniyyət şöbəsinin rəhbəri Samira Patzer-İsmailovanın "Azərbaycanın mədəniyyət tarixi və müasir cəmiyyətin inkişafı" mövzusunda mühazirəsi olub. Mühazirə axşamını Kleinsassen Mədəniyyət Mərkəzinin direktoru xanım Monika Ebertovski salamlama sözü ilə açaraq, festival haqqında məlumat vermiş, mühazirəçini təqdim edib. Samira Patzer -İsmailova 70 dəqiqəlik çıxışında Azərbaycanın mədəniyyəti tarixi, incəsənətin bütün sahələri ilə yanaşı, dinləyiçilərə Qara Yanvar faciəvi hadisələri, Dağlıq -Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətləri açıqlayıb. Mühazirəçi Qarabağ mədəni irsinin, Azərbaycan incəsənətinin incilərinin qorunması sahəsində Heydər Əliyev fondunun rəhbəri, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın apardığı geniş fəaliyyət haqqında məlumat vermiş, qonaqların müxtəlif yönıü suallarını cavablandırıb. Samira Patzer-İsmailova festival rəhbərliyinə Almaniyanın Vinand nəşriyyatında çıxan "Azərbaycan -mədəniyyət və mətbəx" kitabını təqdim edərək, Azərbaycanın səfalı, rəngarəng təbiətli bir diyar olduğunu vurğulayıb. Mühazirədə iştirak edən bir çox almanlar da Azərbaycana səyahət istəyi yaranmış, bununla əlaqədar Azərbaycana turizm imkanları müzakirə edilib. Avropa Azərbaycanlılaı Konqresinin fəxri prezidenti olan Samira Patzer-İsmailova Azərbaycanı Almaniya ictimaiyyətinə hərtərəfli təqdim edərək, Azərbaycanın müasir nailiyyətləri , cəmiyyətdəki aktual qurucu tendenslərdən və inkişaf yollarından danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31