“Nabat” İtaliyada

 İtaliyanın Ariano İrpino şəhərində 5-ci Ariano Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycanla bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Elmar Bağırov və İtaliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Manuela Traldi çıxış edərək iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr, ölkəmizin zəngin mədəni irsi, kino ənənələri, iqtisadi və turizm potensialı barədə məlumat veriblər. Sonra Azərbaycanın turizm potensialını əks etdirən videomateriallar göstərilib.

Tədbirin sonunda "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Nabat" bədii filmi nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31