Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti daxili yükdaşıma üçün geniş imkanlar yaradacaq

“Bu layihənin işə düşməsi beynəlxalq yük daşıma ilə bərabər daxili yük daşıma üçün də  geniş imkanlar yaradır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az-a millət vəkili Aydın Hüseynov Prezident İlham Əliyevin   Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyəti, habelə buradakı kompleksinin tikintisinin sürətlənməsi ilə bağlı bu günlərdə imzaladığı sərəncama münasibət bildirərkən səsləndirib.

"Bu layihənin işə düşməsi beynəlxalq yük daşıma ilə bərabər daxili yük daşıma üçün də  geniş imkanlar yaradır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az-a millət vəkili Aydın Hüseynov Prezident İlham Əliyevin   Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyəti, habelə buradakı kompleksinin tikintisinin sürətlənməsi ilə bağlı bu günlərdə imzaladığı sərəncama münasibət bildirərkən səsləndirib. O, bildirib ki, sözügedən layihə əsasında yerli məhsulların xarici bazarlara çıxarılması alternativləri artır: "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı çox böyük layihədir və burada on minlərlə yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ələti unikal edən xüsusiyyətlərdən biri də onun Bakının Qaradağ rayonunda yerləşməsidir. Bakının hazırda əsas iqtisadi mərkəz olduğunu, istər özəl şirkətlərin əksəriyyətinin, istərsə də insan resursunun əsasən paytaxtda cəmləşdiynini nəzərə alsaq bu özü də böyük üstünlüklər yaradır. Qeyd edilməli  digər məqam da burada xüsusi iqtisadi zonann yaradılmasıdır ki, bu da sahibkarlar üçün öz fəaliyyətlərini genişləndirmək fürsəti deməkdir. Bu isə öz növbəsində yenə əlavə iş yerlərinin açılması deməkdir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31