"Barselona"nın təklifi 120 milyona çatdı
"Barselona" "Liverpul"un futbolçusu Filipp Koutinyodan əl çəkmir. Kataloniyalılar braziliyalı yarımmüdafiəçini transfer etməkdə israrlıdılar. 100 milyon avroluq təklifi qəbul edilməyən "Barsa" rəhbərliyi qarşı tərəflə yenidən danışıqlara başlayıb. Onlar ingilislərə yeni təklif göndəriblər. La Liqa təmsilçisi keçidin baş tutması üçün 120 milyon avro xərcləməyə hazır olduğunu bildirib. Koutinyo karyerasını İspaniyada davam etdirməyə razı olsa da, "Liverpul" onu buraxmaq istəmir. "Mersisaydlılar" "Barselona"nın yeni təklifini hələ cavablandırmayıblar.
3 Avqust 2017 18:55 İdman"Barselona" "Liverpul"un futbolçusu Filipp Koutinyodan əl çəkmir. Kataloniyalılar braziliyalı yarımmüdafiəçini transfer etməkdə israrlıdılar. 100 milyon avroluq təklifi qəbul edilməyən "Barsa" rəhbərliyi qarşı tərəflə yenidən danışıqlara başlayıb. Onlar ingilislərə yeni təklif göndəriblər. La Liqa təmsilçisi keçidin baş tutması üçün 120 milyon avro xərcləməyə hazır olduğunu bildirib. Koutinyo karyerasını İspaniyada davam etdirməyə razı olsa da, "Liverpul" onu buraxmaq istəmir. "Mersisaydlılar" "Barselona"nın yeni təklifini hələ cavablandırmayıblar.
Qeyd edək ki, karyerası ərzində İtaliya "İnter"i, "Vasko da Qama" və "Espanyol" klublarında da çıxış etmiş Koutinyo 2013-cü ildən "Liverpul"un formasını geyinir. O, "qırmızılar"ın heyətində 182 oyunda 42 qola imza atıb. Apasport.az