Lənkəranda 6 günlük körpənin nənəsi tərəfindən öldürüldüyü məlum olub

Lənkəranda 6 günlük körpənin kim tərəfindən öldürüldüyü məlum olub. Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən körpənin nənəsi Atifə Nurullayeva saxlanılıb. O, polisə verdiyi ilkin ifadəsində nəvəsinin bədəninə iynə batıraraq onu öldürdüyünü və daha sonra meyitini quyuya atdığını etiraf edib. A. Nurullayeva bildirib ki, hadisəni törətməsinə səbəb yeni doğulan ikinci nəvəsinin də qız olması ilə bağlıdır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in "102 Zəng Mərkəzi" nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib. Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olduğunu bildirib. Hadisə yerinə gələn Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31