Trampdan Şimali Koreyadakı vətəndaşlarına qadağa

Amerika Birləşmiş Ştatları Şimali Koreyada yaşayan vətəndaşlarını ölkələrinə geri çağırıb. ABŞ bu çağırışı 1 sentyabr tarixindən qüvvəyə minəcək Şimali Koreyaya səyahət qadağası məqsədilə edib. Xarici İşlər Nazirliyi bu haqda prezident Donald Trampın yeni səyahət qaydaları ilə bağlı xəbərdarlığını yayımlayıb. Xəbərdarlıqda bildirilir ki, həmin tarixdən etibarən sadəcə çox məhdud şərtlər altında veriləcək özəl icazələrlə Amerika vətəndaşlarının Şimali Koreyaya giriş-çıxışları həyata keçiriləcək.

Şimali Koreyaya ABŞ pasportu ilə səyahət etmək istəyən şəxslər aldıqları özəl icazəni pasportlarına qeyd etdirməlidir. Yeni səyahət qaydaları jurnalistlərə, humanitar yardım işçilərinə və ölkəyə girişi milli gəlirlərə fayda verəcək şəxslərə tətbiq edilməyəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31