“Heydər Əliyev irsi və İslam həmrəyliyi”  adlı tədbir keçirilib

Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması tərəfindən Ağdam rayonu Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsi və İslam həmrəyliyi”  adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov açaraq bildirib ki, ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının başlıca məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir.

Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması tərəfindən Ağdam rayonu Heydər Əliyev Mərkəzində "Heydər Əliyev irsi və İslam həmrəyliyi"  adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov açaraq bildirib ki, ölkəmizdə bu ilin "İslam Həmrəyliyi İli" elan olunmasının başlıca məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir.

DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov çıxışında "Heydər Əliyev irsi və İslam həmrəyliyi" mövzusunda məruzə edib. Məruzəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsində rolu, İslam dini abidələrinə göstərdiyi diqqət və qayğı barəsində danışıb.

Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev dövlətimizin İslam dininə, müsalman dünyasına verdiyi yüksək dəyərə diqqət çəkib. Sonda tədbir iştirakçılarına Dövlət Komitəsinin yeni nəşrləri paylanılıb və dinləyicilərin sualları cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31