Prokurorluq serialla bağlı araşdırmalara başladı - FETÖ-yə aid kitaba görə
Türkiyənin “Kanal D” telekanalında yayımlanan “Çocuklar Duymasın” serialında Fətullahçı Terror Təşkilatına (FETÖ) aid olduğu iddia edilən "Barış Körpüləri; Dünyaya Açılan Türk Məktəbləri" adlı kitabın görüntüsünün yayımlandığı haqqında məlumat verilib.
3 Avqust 2017 11:38 DünyaTürkiyənin "Kanal D" telekanalında yayımlanan "Çocuklar Duymasın" serialında Fətullahçı Terror Təşkilatına (FETÖ) aid olduğu iddia edilən "Barış Körpüləri; Dünyaya Açılan Türk Məktəbləri" adlı kitabın görüntüsünün yayımlandığı haqqında məlumat verilib. Artıq məsələ ilə bağlı İstanbul Baş prokurorluğunda araşdırmalara başlanılıb. Türkiyənin "Axşam" qəzetinin məlumatına görə, İstanbul Təhlükəsizlik Şöbə İdarəsinin əməkdaşları prokurorluq təlimatı ilə serialın həmin hissəsini araşdırmağa başlayıb.
Qeyd edək ki, serialda istifadə edilən bir kitabxanada "Haluk" və "Meltem" obrazlarının söhbəti zamanı arxadakı rəfdə FETÖ-yə aid edilən "Barış Körpüləri; Dünyaya Açılan Türk Məktəbləri" adlı kitab diqqət çəkib. Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir.