Merkeldən Türkiyəyə daha bir sanksiya

Almaniya-Türkiyə münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda, kansler Merkel növbəti sanksiyanı Türkiyəyə qarşı irəli sürdü. 

Almaniya-Türkiyə münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda, kansler Merkel növbəti sanksiyanı Türkiyəyə qarşı irəli sürdü.   Türkiyə ilə Aİ arasındakı münasibətləri yumşaltmağa çalışan "İqtisadi İnkişaf Fondu"nun sədri Ayxan Zeytinoğlu bildirib ki, Aİ-nin bizə ayırdığı maliyyə yardımı 4,5 milyard avrodur: "Biz bu məbləğin 190-200 milyonluq qismini istifadə etdik. Almaniya isə geridə qalan məbləğin istifadə edilməsinə məhdudiyyət qoyulmasını tələb edir. Belə olduqda Türkiyəyə ayrılan maliyyə yardımı təhlükə altındadır". 

Qeyd edək ki, bir neçə gün öncə Almaniya Aİ-yə Türkiyəyə iqtisadi sanksiyalar edilməsi üçün çağırış etmişdi.  Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31