Övladlarınızı bundan QORUYUN: internet oyunu 13 yaşlı uşağı ÖLDÜRDÜ

İnternet oyunlarına aludə olan azyaşlılar özləri də bilmədən psixoloji təsir altına düşürlər ki, bunun da qorxunc nəticələrə səbəb olcağı istisan deyil. Məhz tanımadıqları bir çox insanlarla müəyyən qruplar halında oynanan oyunlardan biri azyaşlının ölümünə səbəb olub.

İnternet oyunlarına aludə olan azyaşlılar özləri də bilmədən psixoloji təsir altına düşürlər ki, bunun da qorxunc nəticələrə səbəb olcağı istisan deyil. Məhz tanımadıqları bir çox insanlarla müəyyən qruplar halında oynanan oyunlardan biri azyaşlının ölümünə səbəb olub.  İstanbulun Esenyurt adlanan bölgəsində 13 yaşlı Hakan Ekinci "Metin2" adlanan internet oyunu aludəçisi olub. Valideynlərinin sözlərinə görə, saatlarla kompüter arxasında oturan Hakan valideynlərinə "böyüyəndə mən də həkim olub sizə iynə vuracam" deyirmiş.

Ailənin dörd övladından üçüncüsü olan Hakan dünən evində qardaşı tərəfindən ölü tapılıb. Boğazında iki dəfə ayrı-ayrılıqda bağlanan sarğı və cırmaq izləri olub. Həkimlərin sözlərinə görə, uşaq xəstəxanaya daxil olduğunda artıq ölübmüş. Psixiatr və psixoloqlar azyaşlı uşaqların bu tip internet oyunları oynamasına qarşıdır: "Bu tip oyunlar insanlarda, xüsusən azyaşlılarda diqqətsizliyi, hiperfunksiya və yuxusuzluğu artırır. Belə oyunlar uşaqları intihara sürükləyir. Tanımadıqları insanlara güvənib onlara əlaqə nömrəsi və ya ünvan verdikdən sonra müxtəlif yollarla şantaj edilirlər. 2009-cu ildə bu internet oyunu Musa adlı uşağın özünü asması ilə nəticələnmişdi". Polis faktla bağlı araşdırmaya başlayıb. Uşağın naməlum şəxslər tərəfindən öldürüldüyü güman edilir. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31