Gündəm

Suriyada kimyəvi silah istehsal edən yer bombalandı

7 Sentyabr 2017 13:35

İsrail döyüş təyyarələrinin Suriyanın Hama vilayəti yaxınlığında yerləşən kimyəvi silah istehsal edən Masyafa elmi araşdırma mərkəzini hədəf aldığı bildirilir. “Olaylar” bildirir ki, hücum zamanı iki əsgər öldürülüb. Masyafa elmi araşdırma mərkəzi Xan Şeyxdə onlarla dinc sakinlərin həyatını itirdiyi, kimyəvi hücumlar üçün istifadə edilən yer kimi tanınır. Qeyd edək ki, İsrail döyüş təyyarələri Livan hava sahəsini istifadə edərək Suriyaya daxil olublar.

“Aydınlığın rəssamı, rəssamın aydınlığı” adlı fərdi rəsm  sərgisi

7 Sentyabr 2017 13:28

Sentyabrın 11 – də Xətai Sənət Mərkəzində Cahan Holdingin  və Naxçıvan Rəssamlar Birliyinin təşkilatı dəstəyi ilə Naxçıvanda böyüyüb boyaya başa çatmış gənc rəssam Nəbiyev Səbrəli Camal oğlunun “Aydınlığın rəssamı, rəssamın aydınlığı” adlı fərdi rəsm  sərgisi keçiriləcək.

Mağazadan 500 min manat pul aparan oğru saxlanıldı

7 Sentyabr 2017 13:25

Bakıda mağazadan külli miqdarda pul aparan qrupun daha bir üzvü saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Nərimanov rayonu ərazisində mağazalardan birinin seyfindən 510 000 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü-Abşeron rayon sakini Elçin Həsənov tutulub.

Azərbaycan Koreya üçün çox əhəmiyyətli ölkədir

7 Sentyabr 2017 13:24

Milli Məclisin sədri Oqtay Əsədov Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisdən “Olaylar”a  verilən məlumata görə, spiker bildirib ki, bu cür səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin, parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək. Sədr Koreya Respublikasına səfərlərini xatırlayaraq, bu ilin iyun ayında Seulda keçirilmiş Avrasiya Ölkələri Parlament Sədrlərinin II müşavirəsində iştirakından danışıb, səfər çərçivəsində koreyalı həmkarları ilə keçirdiyi görüşləri yüksək dəyərləndirib.

Çoxuşaqlı ailələrə hansı güzəşt və imtiyazlar verilə bilər?

7 Sentyabr 2017 13:21

Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi bu və ya digər normativ hüquqi aktlarda nəzərdə tutulsa da ailə institutu üzrə aparılan araşdırmalar, təhlillər və eyni zamanda beynəlxalq praktika bu kateqoriyadan olan ailələrin hərtərəfli dəstəklənməsi üçün yetərli olmadığını göstərir.

Ətir bazarını keyfiyyətsiz məhsullar bürüyüb

7 Sentyabr 2017 13:19

 Azırbaycanın ətir bazarını keyfiyyətsiz məhsullar bürüyüb. Demək olar ki, ətir bazarının bugünkü durumu çoxlarını çaşbaş salıb. İnsanlar ətirə çəkinmədən pul xərcləsələr də, əksər hallarda aldadılırlar. Çünki indi satışda istənilən məşhur brendin məhsullarına rast gəlmək olar, amma onlar orijinal deyil, saxtadırlar. Məlumata görə, "Sabina" parfumeriya mağazası da vaxtı keçmiş malı endirim kampaniyası adı ilə satır.

Kriminal sxem üzrə işləyən MTK-lar

7 Sentyabr 2017 13:16

Qanun yaradıcılıq prinsiplərindən mühümü qanunun çevik olması,  dinamik,  sürətli,  proseslərə adevkat  cavab verməsidir.  Əks halda, qanun olmayan yerdə qanunsuzluqlarin olması  labuddür.

Rusiya vətəndaşı olmaq üçün 10 milyon dollar lazımdır

7 Sentyabr 2017 13:12

Rusiya Yaxın Şərqin iqtisadiyyatına 10 milyon dollar investisiya qoyan xarici investorlara vətəndaşlıq verilməsini sadələşdirəcək.

Uşaq bağçasında faciə-tərbiyyəçi qəflətən ölüb

7 Sentyabr 2017 13:09

Bakıdakı uşaq bağçalarından birində ölüm hadisəsi baş verib. “Olaylar” xəbər verir ki, Yeni Yasamal 5 ünvanında yerləşən 98 saylı uşaq bağçasında tərbiyəçi işləyən 1958-ci il təvəllüdlü Qasımova Nərgiz Qubad qızının vəziyyəti birdən-birə kəskinləşib. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, 59 yaşlı tərbiyəçi ürək tutmasından vəfat edib. Araşdırma aparılır.

""Arsenal"dan təklif alsam da, geri çevirdim"

7 Sentyabr 2017 13:06

"Lester"in hücumçusu Ceymi Vardi "Arsenal"ın transfer təklifinə rədd cavabı verməsindən danışıb. İngilis forvard "topçular"ın Çempionlar Liqasından kənarda qalmasını əsas səbəblərdən biri kimi qeyd edib.

Zümrüd: "Kim çox pul təklif etsə..."

7 Sentyabr 2017 13:05

Tanınmış aktrisa və aparıcı Zümrüd Qasımova yeni mövsümdə tamaşaçılarını Space televiziyasının efirindən salamlayacaq.

TRT'den kısa film yarışması

7 Sentyabr 2017 12:57

Türkiye'nin TRT tarafından gerçekleştirilen çocuk odaklı tek medya konferansı olan "Uluslararası Çocuk Medyası Konferansı" kapsamında, "Türkiye'de Suriyeli Çocuk Olmak" konulu ödüllü kısa film yarışması düzenlenecek. TRT tarafından düzenlenen "Türkiye’de Suriyeli Çocuk Olmak" konulu ödüllü kısa film yarışmasına başvurular 25 Ekim'e kadar yapılacak. TRT'in her yıl düzenlediği "Uluslararası Çocuk Medyası Konferansı"nın altıncısı, 1-3 Kasım'da İstanbul’da gerçekleştirilecek. Organizasyon kapsamında, amatör ve profesyonel kısa film yönetmenlerini desteklemek, yüksek nitelikli kısa filmlerin seyirciyle buluşmasını sağlamak ve Türkiye'de Suriyeli çocukların yaşamlarına daha yakından bakabilmek amacıyla ödüllü kısa film yarışması düzenlenecek.

Kanadanın Ontario əyalətinin rəsmisi Reza Moridi Odlar Yurdu Universitetinin qonağı olub

7 Sentyabr 2017 12:56

Kanadanın Ontario əyalətində tədqiqatlar, innovasiya və elm naziri, Kanada Qanunvericilər Məclisinin nümayəndəsi Reza Moridi, Kanadanın Vaterlo Universitetinin riyaziyyat fakültəsinin direktoru İlham Axundov, Araşdırmalar və İnnovasiyalar Nazirliyinin aparat rəhbəri və bununla yanaşı digər nümayəndə heyəti Odlar Yurdu Universitetinin qonağı olub. İlk olaraq qonaqları salamlayan universitetin rektoru, professor Əhməd Vəliyev Kanada ilə Azərbaycan Respublikası arasındakı diplomatik əlaqələrdən danışıb, Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də mədəni müstəvidə çox uğurla inkişaf etdiyini və öz siyasi gücünü məharətlə ortaya qoya bildiyini diqqətə çatdırıb.

Yağış yağacaq, şimşək çaxacaq

7 Sentyabr 2017 12:52

Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən, yağmursuz keçəcəyi gözlənilir.

"İrma" qasırğası 8 nəfərin ölümünə səbəb olub

7 Sentyabr 2017 12:50

Karib adalarında qeydə alınan “İrma” qasırğası Fransa adalarında insan ölümünə səbəb olub. Qasırğa nəticəsində Barbuda adasında 1, Barts və adalarında ən az 6, Barbados adasında isə 1 nəfər ölüb. Ölənlərin sayının artması gözlənilir. Fransa Daxili işlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təbii fəlakət nəticəsində 23 nəfər də xəsarət alıb.