Həkimlər də dövlətə BELƏ KƏF GƏLİR.. - FAKT BUDUR!
13:11 Sosial"Özəl tibbi müəssisəsində ödənilən milyardlarla manatdan vergidən yayınmalar ola bilərmi?" "DİA-AZ" xəbər verir ki, bunu sual edən tanınmış tibb işçisi Faiq Məmmədli olduqca ilginc məqama diqqət çəkib.
O daha sonra bildirir: "Mərkəzi Klinikada baş verən hadisə göstərdi ki, əgər tibbi xidmət qiymətləri Firdovsi həkimin xəstənin oğluna verdiyi iki kağız parçası ilə 2500 manatdan 1600 manata qədər azaldılırsa, sonra isə ümumiyyətlə ödəniş aparılmırsa, yönləndirmə talonu və ya hesab -faktura Vergi Məcəlləsinin tələblərinə cavab vermirsə, vergidən yayınma halları haqqında şübhələnmək olar. Bir vergi mütəxəssisin dediyinə görə, bəzi Özəl TİBBİ Müəssisələrində vergidən yayınma halları baş verir, bu adətən "ikili mühasibatlıq" və paralel qeydiyyat şəklində "həzmə ötürülür"
Adı çəkilən xəstənin oğluna ödəniş üçün verilən kağız parçalarına nəzər salsaq, görərik ki, qanunun tələbi olaraq VÖEN, göstərilən tibbi xidmətin dəqiq adı (Azərbaycan dilində), hər xidmətin miqdarı, vahidi və qiyməti göstərilməyib.
Eyni zamanda bu kağız parçaları daxili Proqramdan çıxarılmış çox güman ki, vergidən yayınmaq üçün aparılan "əməliyyatın" tərkib hissəsidir.
Digər tərəfdən əgər Sizlərə ödənişə görə çek-qəbz verilibsə, (əksər hallarda verilmir, ya da kağız parçası kimi) orada QR-kod, VÖEN və NMQ nömrəsi yoxdursa, həmin sənəd dövlət vergi uçotundan keçməyən daxili kağız parçasıdır
Gəlin etiraf edək ki, heç birimiz bu vacib məsələyə fikir vermirik, sonra deyirik maaş azdır, pensiya azdır, bahaçılıqdır..."