""Arsenal"dan təklif alsam da, geri çevirdim"
"Lester"in hücumçusu Ceymi Vardi "Arsenal"ın transfer təklifinə rədd cavabı verməsindən danışıb. İngilis forvard "topçular"ın Çempionlar Liqasından kənarda qalmasını əsas səbəblərdən biri kimi qeyd edib.
7 Sentyabr 2017 13:06 İdman"Lester"in hücumçusu Ceymi Vardi "Arsenal"ın transfer təklifinə rədd cavabı verməsindən danışıb. İngilis forvard "topçular"ın Çempionlar Liqasından kənarda qalmasını əsas səbəblərdən biri kimi qeyd edib.
"Mümkün qədər çox qalib gəlmək istəyirəm. Cəmi 1 Premyer Liqa çempionluğu mənim üçün azdır. "Lester"lə müqaviləm var, amma gələcəkdə nə olacağını heç kim bilmir. "Arsenal"dan təklif alsam da, geri çevirdim. Yenidən təklif gəlsə, mənfi və müsbət cəhətləri müqayisə edəcəm. "Arsenal" 20 il ərzində Çempionlar Liqasında oynayıb. Bu mövsüm isə Avroliqaya düşdülər. Düşünməyə əsasım vardı. Təklifi rədd etməyimin əsas səbəbi idman amili ilə əlaqədardır. Bundan başqa, ailəmi yenicə aldığım evdən çıxarmaq axmaqlıq olardı". Goal.az