Uşaq bağçasında faciə-tərbiyyəçi qəflətən ölüb
Bakıdakı uşaq bağçalarından birində ölüm hadisəsi baş verib. “Olaylar” xəbər verir ki, Yeni Yasamal 5 ünvanında yerləşən 98 saylı uşaq bağçasında tərbiyəçi işləyən 1958-ci il təvəllüdlü Qasımova Nərgiz Qubad qızının vəziyyəti birdən-birə kəskinləşib. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, 59 yaşlı tərbiyəçi ürək tutmasından vəfat edib. Araşdırma aparılır.
7 Sentyabr 2017 13:09 SosialBakıdakı uşaq bağçalarından birində ölüm hadisəsi baş verib. "Olaylar" xəbər verir ki, Yeni Yasamal 5 ünvanında yerləşən 98 saylı uşaq bağçasında tərbiyəçi işləyən 1958-ci il təvəllüdlü Qasımova Nərgiz Qubad qızının vəziyyəti birdən-birə kəskinləşib. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, 59 yaşlı tərbiyəçi ürək tutmasından vəfat edib. Araşdırma aparılır.