Yağış yağacaq, şimşək çaxacaq

Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən, yağmursuz keçəcəyi gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə  20-24°, gündüz 25-28° isti, Bakıda gecə  21-23°, gündüz 25-27° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55 % olacaq. 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 28-33°, dağlarda gecə 10-15°, gündüz  20-25° isti olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31