Azərbaycan Koreya üçün çox əhəmiyyətli ölkədir
Milli Məclisin sədri Oqtay Əsədov Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, spiker bildirib ki, bu cür səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin, parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək. Sədr Koreya Respublikasına səfərlərini xatırlayaraq, bu ilin iyun ayında Seulda keçirilmiş Avrasiya Ölkələri Parlament Sədrlərinin II müşavirəsində iştirakından danışıb, səfər çərçivəsində koreyalı həmkarları ilə keçirdiyi görüşləri yüksək dəyərləndirib.
7 Sentyabr 2017 13:24 SiyasətMilli Məclisin sədri Oqtay Əsədov Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, spiker bildirib ki, bu cür səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin, parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək. Sədr Koreya Respublikasına səfərlərini xatırlayaraq, bu ilin iyun ayında Seulda keçirilmiş Avrasiya Ölkələri Parlament Sədrlərinin II müşavirəsində iştirakından danışıb, səfər çərçivəsində koreyalı həmkarları ilə keçirdiyi görüşləri yüksək dəyərləndirib. O.Əsədov avqustda Bakıda keçirilmiş Dünya Skaut Komitəsinin 41-ci Konfransında və 13-cü Dünya Skaut Gənclər Forumunda iştirak edən koreyalı deputatların Milli Məclisdə də olduqlarını vurğulayaraq, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməsinin hər iki tərəf üçün faydalı olduğunu söyləyib. Söhbətdə bildirilib ki, iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün hər iki ölkənin geniş potensialı var. Bu gün Samsunq, LG, Hyundai kimi Koreya şirkətləri ölkəmizdə səmərəli fəaliyyət göstərir. Biz bu ölkənin Azərbaycanda peşə tədrisinə verdiyi dəstəyi yüksək qiymətləndiririk. Parlamentlər səviyyəsində münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini söyləyən O.Əsədov hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib, deputatların qarşılıqlı səfərlərinin təcrübə mübadiləsi baxımından önəmini vurğulayıb. Bildirilib ki, bu gün Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri vasitəsi ilə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Gələcəkdə TAP və TANAP qaz kəmərlərinin reallaşması isə ölkəmizin Avropa üçün əhəmiyyətini daha da artıracaq. Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən danışan sədr fevral ayında Koreya Milli Assambleyasında Xocalı soyqırımına həsr olunmuş fotosərginin keçirilməsini çox önəmli hesab edib. Qeyd edilib ki, biz ümidvarıq ki, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ probleminin müzakirəsi zamanı Koreya tərəfi bu məsələyə həssaslıqla yanaşacaq və Azərbaycanın haqlı mövqeyini müdafiə edəcək. Koreya Respublikası Milli Assambleyasının sədr müavini Pak Cu-sun qeyd edib ki, Azərbaycan Koreya Respublikası üçün çox əhəmiyyətli ölkədir.