“Aydınlığın rəssamı, rəssamın aydınlığı” adlı fərdi rəsm sərgisi
Sentyabrın 11 – də Xətai Sənət Mərkəzində Cahan Holdingin və Naxçıvan Rəssamlar Birliyinin təşkilatı dəstəyi ilə Naxçıvanda böyüyüb boyaya başa çatmış gənc rəssam Nəbiyev Səbrəli Camal oğlunun “Aydınlığın rəssamı, rəssamın aydınlığı” adlı fərdi rəsm sərgisi keçiriləcək.
7 Sentyabr 2017 13:28 MədəniyyətSentyabrın 11 - də Xətai Sənət Mərkəzində Cahan Holdingin və Naxçıvan Rəssamlar Birliyinin təşkilatı dəstəyi ilə Naxçıvanda böyüyüb boyaya başa çatmış gənc rəssam Nəbiyev Səbrəli Camal oğlunun "Aydınlığın rəssamı, rəssamın aydınlığı" adlı fərdi rəsm sərgisi keçiriləcək.
Nəbiyev Səbrəli Heydər Əliyev Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin, Ərtoğrol Cavid adına UMBSM rəssamlıq sinifini bitirib. Səbrəli Nəbiyevin fərdi sərgiləri təhsil aldığı 16 N tam orta məktəbdə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşəbbüsü ilə Heydər Əliyev Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda keçirilib. Hal-hazırda Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və İncəsənət fakultəsində oxuyur. Sərgidə gənc rəssamın 60-dan çox əsərinin nümayiş olunması nəzərdə tutulur. Müxtəlif mövzulara toxunan gənc rəssam yağlı boya, qara qələm və s. texnikalar ilə əsərlər yaradıb.