Mağazadan 500 min manat pul aparan oğru saxlanıldı

Bakıda mağazadan külli miqdarda pul aparan qrupun daha bir üzvü saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Nərimanov rayonu ərazisində mağazalardan birinin seyfindən 510 000 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü-Abşeron rayon sakini Elçin Həsənov tutulub.

Bakıda mağazadan külli miqdarda pul aparan qrupun daha bir üzvü saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Nərimanov rayonu ərazisində mağazalardan birinin seyfindən 510 000 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü-Abşeron rayon sakini Elçin Həsənov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31