Ətir bazarını keyfiyyətsiz məhsullar bürüyüb
Azırbaycanın ətir bazarını keyfiyyətsiz məhsullar bürüyüb. Demək olar ki, ətir bazarının bugünkü durumu çoxlarını çaşbaş salıb. İnsanlar ətirə çəkinmədən pul xərcləsələr də, əksər hallarda aldadılırlar. Çünki indi satışda istənilən məşhur brendin məhsullarına rast gəlmək olar, amma onlar orijinal deyil, saxtadırlar. Məlumata görə, "Sabina" parfumeriya mağazası da vaxtı keçmiş malı endirim kampaniyası adı ilə satır.
7 Sentyabr 2017 13:19 Sosial"Sabina" parfumeriya mağazası vaxtı keçmiş malı endirim kampaniyası adı ilə satır
Azərbaycanın ətir bazarını keyfiyyətsiz məhsullar bürüyüb. Demək olar ki, ətir bazarının bugünkü durumu çoxlarını çaşbaş salıb. İnsanlar ətirə çəkinmədən pul xərcləsələr də, əksər hallarda aldadılırlar. Çünki indi satışda istənilən məşhur brendin məhsullarına rast gəlmək olar, amma onlar orijinal deyil, saxtadırlar. Məlumata görə, "Sabina" parfumeriya mağazası da vaxtı keçmiş malı endirim kampaniyası adı ilə satır. "Sabina" parfümeriya mağazası vaxtı keçmiş malı müştəriyə satması haqda müştəri "Azad İstehlakçılar" İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edib. Müştəri müraciətində bildirib ki, Sabina parfümeriya mağazasının Əhmədli filialından 31.08.2017 tarixdə Cristian Dior markasına məxsus endirimlə 62.40 AZN ödəyərək kirpik üçün mascara alıb: "Mənə verilən kassa çekinin üzərində VÖEN yoxdur. Evə gəldikdə malın qutusunun baş hissəsindəki yapışqan kağızı qopartdım və kağızın altında basma ilə kod gördüm. Həmin kodu internetde kosmetik hesablayıcı saytına daxil olaraq yoxladım. Mənə məlum oldu ki, malın istehsal tarixi 2013-cü il sentyabr ayı və yararlılıq müddətinin bitməsi isə 2016-cı il avqust ayıdır". Daha sonra mağazaya zəmg etdiyini vurğulayan müştəriyə satıcılar məhsulun yeni olduğunu, hətta 3-5 il istifadə edə biləcəyini də deyiblər: "Dərhal mağazaya zəng etdim (012 570 39 90) iradımı bildirdim, lakin satıcılar mənə birmənalı şəkildə bu məhsul təzədir dedilər, hətta 3-5 il istifadə etmək olar dedilər. Mən onlara kodu deyəndən sonra onlar təklif etdilər ki, malın üzərində yazılmış 6M işarəsinə görə istifadə edə bilərsiniz. Məlum oldu ki, 6M işarəsi üzərində yaşıl rəngli qiymət kağızı yapışdırıblar. Çoxsaylı vatsap yazışmalarımızda satıcının mal haqqında ardıcıl yalan informasiya verdiyi məlum oldu və yararlılıq vaxtı keçmiş malı endirim kompaniyası adı altında satılmasının yolverilməz olduğunu anladım. Xahiş edirəm istehsalçı hüququmu qoruyasınız, mal qaytarılsın, ödədiyim 62.40 AZN mənim ünvanıma gətirilib verilsin".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu sahədə alıcıların hər addımda aldadıldığını deyib: "Bəzən məhsulun qiymətinin ucuz olması onun keyfiyyətinin xəbərçisidir. Amma buna baxmayaraq, yüksək qiymətə satılan keyfiyyətsiz məhsullar da az deyil. Ucuz məhsullar kustar üsulla hazırlanır, ya da vaxtı keçmiş olur. Ümumiyyətlə, dünyada parfümeriyanın 10%-i saxtadır. Saxta ətirlər Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Ukrayna və digər ölkələrdə istehsal edilir. Saxta parfümeriyanın böyük hissəsi Çində istehsal olunur. Keyfiyyətli məhsulu saxtadan ayırmaq üçün məhsulun qiymətinə və qablaşdırılmasına diqqət vermək lazımdır. Orijinal ətir bahalı və keyfiyyətli qutularda qablaşdırılır. Onun üzərindəki yazılar daha dəqiq olur, qutu səliqəli sellofan paketlərə bükülür. Onların üzərində istehsalçı ölkənin, şirkətin adı, keyfiyyət göstəriciləri və istehsal tarixi qeyd olunur. Üzərində istehsal tarixi və yararlılıq müddəti olmayan məhsulları almaq məsləhət deyil. Bu, məhsulun saxta olmasının göstəricisidir". Eyyub Hüseynov bildirib ki, ölkənin əmtəə bazarında olan ən brend dükanlarda da saxta mallara rast gəlmək olar: "Ölkədə sahibkarlar toxunulmazlıq şəraitindən sahibkarlar istifadə edir. Azərbaycanda istənilən ətiri beş dəqiqəyə hazırlayan şəbəkələr də yaranıb. Monitorinq aparsaq, görərik ki, 90 faiz ətirlərin üzərində buraxılma tarixi, son yararlılıq müddəti yoxdur. Bu o deməkdir ki, qeyri-standart olan ətirlər Azərbaycan bazarına gətirilir. Parfümeriya biznesində əgər yaxşı bir brend bazara gələrsə, təxminən bir həftə sonra onun saxta variantı meydana çıxarılır. Hətta saxtaları ondan da yaxşı düzəldilir. Parfümeriya bazarı ümumiyyətlə hərc-mərclik içində boğulur. Təəssüflər olsun ki, ətirlər geri qaytarılmayan mallar siyahısındadır. Alıcı onu aldısa, artıq geri qaytara bilməz. İndi ən brend ətirin saxtasını ən zövqlü dükanlarda tapmaq olar. İDEAL parfüm və kosmetika mağazalar şəbəkəsində satılan bəzi ətirlərin brendə uyğun olmaması barədə bizə şikayətlər daxil olur. Metro çıxışlarında, yeraltı keçidlərdə və s. yerlərdə satılan saxta parfümeriya malları müxtəlif növ dəri xəstəliklərinə gətirib çıxarır. Saxta ətirlərin satılması daha çox bayramlar ərəfəsində baş verir. Çünki bu mallara təlabat artır. Satıcılar hardan və necə gəldi gətirib əhaliyə satırlar".
Zəka