Gündəm

Kürdə azyaşlı uşaq batıb

7 Sentyabr 2017 14:30

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda 1 azyaşlı Kür çayında batıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunmuşdur. Saat 07:00-da axtarış işlərinə başlanılmışdır. Əlavə məlumat veriləcək.

Qarabağ kanalında banat şəxsin cəsədi çıxarılıb

7 Sentyabr 2017 14:28

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, sentyabrın 5-də Yuxarı Qarabağ Kanalının Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində batdığı bildirilən 2004-cü il təvəllüdlü Xəlilli Elşən Məhəbbət oğlunun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, E.Xəlillinin cəsədi Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 08:35-də başa çatmışdır.

Avtomobilin yanacaq çənində külli miqdarda pirotexniki vasitə aşkar olunub

7 Sentyabr 2017 14:27

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Gürcüstan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Deputat koreyalı həmkarlarıma Qarabağdan danışıb

7 Sentyabr 2017 14:26

Milli Məclisin Koreya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin ölkəmizdə  səfərdə olan Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sunun  başçılıq  etdiyi  nümayəndə heyəti ilə  görüşü olub. MM-dən “Olaylar”a verilən məlumata görə, qonaqları  salamlayan  qrupun rəhbəri,  deputat Malik Həsənov  xalqlarımız  arasında  tarixən  mövcud olan dostluq  əlaqələrindən söhbət  açdı,  Koreya ilə  münasibətlərin gündən-günə inkişaf etdiyini vurğuladı.

Ramin Quluzadə Tovuzda qəbul keçirəcək

7 Sentyabr 2017 14:21

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 08.09.2017-ci il tarixdə saat 1230-da Tovuz şəhərində Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Hövsanda kəsilmiş baş tapıldı

7 Sentyabr 2017 14:20

Hövsanda kəsilmiş baş tapılıb. Suraxanı rayonunda törədilmiş vəhşicəsinə qətllə bağlı yaradılmış əməliyyat-istintaq qrupu doğranmış bədəni avqustun 5-də aşkar edilən şəxsin kəsilmiş başını, habelə ayaqlarını tapıb. Suraxanı rayon hüquq-mühafizə orqanlarından verilən xəbərə görə kriminalistlər kəsilmiş başı və ayaqları “Azərsu” ASC-nin Hövsan aerasiya stansiyasının yaxınlığında bu gün səhər aşkar ediblər.

İbrahim Mehdiyevin “komandası” Yasamalı sökməkdə davam edir

7 Sentyabr 2017 14:17

Demək olar ki, hər həftə Bakıda sakinlərin qanunsuz tikintilərə, ağacların kəsilməsinə, yaşıllıqların məhv edilməsinə qarşı etirazı eşidilir. Xüsusən, Yasamal rayonunda yaşıllıqların məhv edilməsinə dair məlumatlar daha çox yayılır. Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyevin ölkə prezidenti tərəfindən vəzifəsindən uzaqlaşdırılması da bu rayonda qanunsuzluqları səngitməyib.

Əli Kərimlinin zəngin əlöpənləri  - TƏRS BAXIŞ

7 Sentyabr 2017 14:09

Son günlər AXCP sədri Əli Kərimlinin “fəallaşaraq” guya Azərbaycan hakimiyyəti barədə “şok faktları” üzə çıxarması və bu “faktların” guya korrupsiyaya bağlılığı ətrafında haray-şivən salması növbəti dəfə onun özünün ifşası ilə nəticəsini tapıb. Ümumiyyətlə, ötən və öncəki aylardan başlayaraq vaxtilə ona yaxınlıqları ilə seçilən cəbhəçilərin Ə.Kərimlinin əldə etdiyi gəlirlər barədə danılmaz sübutları ictimailəşdirmələri AXCP sədrini çıxılmaz dalana dirəyib. O isə bu dalandan çıxa bilmədiyinə görə, xilasını erməni mənbələrində axtarmağa başlayıb. Əbəs yerə deyil ki, son bir neçə gündə dələduz milyarder Corc Sorosun erməni lobbisinin dəstəyi ilə Azərbaycan hakimiyyəti barədə böhtançı məumatlarından Ə.Kərimli də öz xeyrinə yararlanmağa cəhdlər edib. Yəni bu gün Ermənistan mediası anti-Azərbaycan xarakterli hansı informasiyanı ictimailəşdirirsə, həmin məlumat dərhal AXCP sədrinin “facebook”dakı səhifəsində “dostlar” sərlöhvəli əttökən “müraciətlərində” yer alır və bu fakt ilk deyil əlbəttə ki...

“Atom silahına malik olduğumuzu unutmasınlar!” - ABŞ-a TƏHDİD

7 Sentyabr 2017 14:05

“ABŞ Koreya yarımadasında sülh istəyən beynəlxalq cəmiyyətin iradəsinə məhəl qoymur. Vaşinqtonun yalnız bir hədəfi var: müharibə”. Bunu jurnalistlərə Vladivastokda keçirilən Şərq İqtisadi Forumunda Koreya Xalq Demokratik Respublikasının (KXDR) nümayəndə heyətinin başçısı Kim Yon Ce söyləyib: “Trampın davakar fikirləri və Koreya Xalq Demokratik Respublikasına qarşı ABŞ-ın fitnələri əyani şəkildə göstərir ki, ABŞ Koreya yarımadasında müharibə istəyir”.

Tanrı məni xoşbəxt ulduz altında yaradıb...

7 Sentyabr 2017 14:03

“Aprel döyüşlərinin ab – havası, qələbəsi mənə bu kitabı yaratmağa, yazmağa güc verdi. Məndən başqa yazanlar oldu. Amma onlar bu yolu sona qədər gedə bilmədilər. Bilirsiniz, necə ağırdı şəhid anaları, ailələri ilə görüşmək, dərdləşmək. Onlarla həmsöhbət olmaq. Elə analar var ki, heç dərdini danışa bilmir. Sadəcə onun üzünə baxıb,yaşadıqlarını, ürəyindən keçənləri təsvir etməlisən.

Kriminal meylli insanlar hərəkətlərini tənzimləyə bilmir

7 Sentyabr 2017 13:56

Ölkənin hüquq-mühafizə orqanlarının gərgin əməyi, həyata keçirilən operativ əməliyyat tədbirlərinə rəğmən cinayətkarlıq hallarının da artım tendensiyası müşahidə edilir. Bəzən yüngül, bəzən isə həddən ağır cinayət hallarının baş verməsinə günümüzdə təəssüflər olsun ki, tez-tez rast gəlinir.

Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi

7 Sentyabr 2017 13:52

Şou-biznes əhli imicində dəyişiklik etməyə çox meyillidir. Ən çox dəyişənlər qadınlar olsa da, kişilər də “qonşudan qalma dala” prinsipini əsas gətirərək, öz imiclərində yenilik etmək, dəyişmək, hətta plastik əməliyyat etməkdən belə çəkinmirlər.

Daun sindromlu qıza təcavüz edən manyakı öldürməkdən betər etdilər

7 Sentyabr 2017 13:47

İzmirdə daun sindromlu qıza sataşdıqdan sonra telefonla da narahat edən manyakı öldürməkdən betər ediblər. Təcavüz hadisəsi Qurban bayramının ilk günü, İzmirin Buca bölgəsində baş verib. B.A adlı daun sindromlu qız marketdən evə gələrkən manyak onu izləməyə başlayıb. Manyak 15 yaşlı qızı binanın girişinə sıxışdırıb. Daha sonra manyak zorla qızın nömrəsini alıb və azyaşlını telefonla narahat etməyə başlayıb.

ABŞ-ın dünya hökmranlığı başa çatdı: Rusiyadan cavab VARİANTLARI

7 Sentyabr 2017 13:38

Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlərə cavab üçün Moskvada bir çox variant var. Bunu Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak bildirib.

Özbəkistan millisinin erməni məşqçisi qovuldu

7 Sentyabr 2017 13:37

Özbəkistan millisinin baş məşqçisi Samvel Babayanı və köməkçilərini işindən uzaqlaşdırılıb. Ölkənin futbol federasiyası rəsmi açıqlamasında bunun səbəbi kimi məşqçilər korpusunun komandanı 2018-ci il dünya çempionatına çıxara bilməməsini göstərib.