Gündəm

"Burda mənə hörmət yoxdursa, başqa yerə gedərəm"

7 Sentyabr 2017 15:10

"Antalyaspor"un hücumçusu Samuel Eto`o klubu tərk etmək istədiyini bildirib. Təcrübəli forvard ötən mövsüm komandadan kənarlaşdırılması, rəhbərlik dəyişikliyi barədə fikirlərini bölüşüb. "Qurumlar qalır, rəhbərlik dəyişir. Fərqli rəhbərlikdə müxtəlif fikirlər ola bilər. Bunlar futbolun bir hissəsidir.

Facebook ABŞ-dakı prezident seçkilərində Rusiyadan reklam alıb

7 Sentyabr 2017 15:07

Ötən il ABŞ-da keçirilən prezident seçkiləri ərəfəsində Facebook-un Rusiyaya aid hesablardan reklam aldığı ortaya çıxıb.  3 min reklam üçün 100 min dollar xərclənib. Reklamların  2200-ü siyasi motivli - ABŞ-da irqçilik, immiqrasiya və silah nəzarəti ilə bağlı sosial gərginliyə, parmalanmaya yol açan paylaşımlar olub. Bu reklamlara 50 min dollar vəsait sərf edilib.

Bakıda ərəblərdən daha bir təəccüblü hərəkət - VİDEO

7 Sentyabr 2017 15:05

Bakıya gələn və qeyri-adi hərəkətləri ilə gündəmdən düşməyən ərəb turistlər bu dəfə də diqqəti üzərilərinə çəkiblər. Ərəblərin bu dəfəki videosu Bakı aeroportunda çəkilib. Belə ki, hava limanında ərəblər dondurma alıblar və həmin dondurmanın bir hissəsi yerə tökülüb. Buna baxmayaraq ərəblər keflərini pozmayıblar. Qaşıq götürüb yerdə oturaraq həmin dondurmanı yeməyə başlayıblar. Onların bu hərəkəti ətrafdakı insanların marağına səbəb olub.

İlk qadın nazir vəfat etdi

7 Sentyabr 2017 15:03

Türkiyənin ilk qadın naziri Türkan Akyol 89 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.  “Olaylar” bildirir ki, 1928 – ci ildə İstanbulda anadan olan eks nazir  1959-1962-ci illərdə ABŞ-da, 1965-ci ildə Fransada, daha sonra Hollandiyada tədqiqatçı kimi çalışıb.

Mobil telefon oğursu yaxalanıb

7 Sentyabr 2017 15:00

Nizami rayonu ərazisində 6 avtomobildən ehtiyat hissələri və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-5-də rayon ərazisində 6 avtomobildən ehtiyat hissələri (yan güzgülər) və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sənan Bəndəlizadə tutulub.

Yevlax sakininin həyətində 19 ədəd çətənə kolu aşkar edilib

7 Sentyabr 2017 14:57

Yevlax rayon sakininin evindən marixuana, habelə həyətyanı sahəsindən çətənə kolları götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə,Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Havarlı kənd sakini, əvvəllər məhkum olunmuş Cəlal Qəhrəmanovun evinə baxış zamanı 265,58 qram marixuana, habelə həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

İnək oğrusunun əlləri qandallandı

7 Sentyabr 2017 14:56

Qax rayon sakininin 1 baş inəyini oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 3-də rayon sakini Rafiq Abdullayevin 1 baş inəyini oğurlamaqda şübhəli bilinən Əmbərçay kənd sakini Abdulla Əliyev tutulub, ondan 1 ədəd müvafiq sənədləri olan “TOZ-12” markalı tüfəng götürülüb.

Əhalinin banklardakı əmanətlərinin həcmi açıqlandı

7 Sentyabr 2017 14:55

Azərbaycanda  fəaliyyət göstərən  31 bankın 31 iyul 2017-ci il tarixinə cəmi aktivləri  29,708.5 milyon manat, cəmi öhdəlikləri 26,872 milyon manat təşkil edib. Sektorun balans kapitalı 2,836.5 milyon manatdır.

Şeyx Qaragenlə nədən danışacaq?

7 Sentyabr 2017 14:54

Sentyabrın 7-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya səfərə yola düşüb. Bu barədə “Olaylar”a  QMİ-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, şeyxülislam A.Paşazadə səfər çərçivəsində Erməni Qriqoryan Kilsəsinin rəhbəri ll Qareginlə görüşəcək. Görüş sentyabrın 8-də Moskva şəhərində baş tutacaq. Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkil edir.

Azərbaycanla NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunub

7 Sentyabr 2017 14:52

Sentyabrın 7-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, qonaqları salamlayan general-polkovnik N.Sadıkov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Bakıda daha bir mühüm görüş keçiriləcək

7 Sentyabr 2017 14:50

"NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda görüşəcəklər”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, daha əvvəl də Rusiya və ABŞ baş qərargah rəisləri Bakıda görüşmüşdülər: “Niyə Bakı? Rusiya və ABŞ baş qərargah rəisləri Bakıda görüşəndə bu onunla izah edilmişdi ki, generallar Suriyadakı vəziyyəti və bu ölkədə terrorçulara qarşı birgə mübarizə imkanlarını müzakirə edəcəklər.

Günəşdə PARTLAYIŞIN fəsadları - Rabitə çökdü

7 Sentyabr 2017 14:39

Sentyabrın 6-da Günəşdə baş vermiş və son 12 il ərzində ən güclü hesab edilən partlayış Avropa və Amerika ərazisində rabitənin pisləşməsinə səbəb olub. Partlayışlar seriyası sentyabrın 4-dən qeydə alınıb. 

Qəhrəmanlıq tarixini yazanların xatirəsi uca tutulur

7 Sentyabr 2017 14:35

Azərbaycanın müasir müstəqillik tarixinin ən əlamətdar hadisələrindən biri də 2016-cı ilin aprel ayında cəbhə xəttində yaşanan olaylar oldu. Həmin günlərdə ermənilərin daha bir təxribatının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlıq və döyüş nümaunəsi göstərərək düşmənə sarsıdıcı zərbələr endirdi, onu acı məğlubiyyətlə üzləşdirdi. Düzdür, aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri itkilər versə də, lakin bu itkilər uzun illər erməni işğalı altında qalan bir sıra strateji əhəmiyyətli yüksəkliklərin, ərazilərimizin müəyyən hissəsinin işğaldan azad olunması ilə nəticələndi. Azərbaycan Ordusu aprel qələbəsi ilə dövlətimizin, Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu həm işğalçı Ermənistana, həm də beynəlxalq aləmə əyani şəkildə nümayiş etdirdi.

Ölkədə yaranmış yeni şəraitdə biznes mühiti daha da genişləndirilir

7 Sentyabr 2017 14:34

«Yeni şəraitdə respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına, sahibkarların yeni ideyalarını həyata keçirmələrinə əlverişli iqtisadi mühit formalaşdırır». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri millət vəkili Rauf Əliyev səsləndiriib. O, bildirib ki, ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük rəsmiləşdirilməsinin və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması xüsusi aktuallıq kəsb edir.

Paytaxtdakı 212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək

7 Sentyabr 2017 14:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 212 ümumi təhsil məktəbində 2017-2018-ci tədris ilində 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur. BŞTİ-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,  Azərbaycan bölməsi üzrə 212 məktəbdə 432 sinifdə 10 077, rus bölməsi üzrə 46 məktəbdə 67 sinifdə 1378 şagirdin təhsil alması planlaşdırılır. Təmayül sinifləri texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət, texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət, riyaziyyat-iqtisadiyyat və humanitar istiqamətləri üzrə fəaliyyət göstərəcək.