Əhalinin banklardakı əmanətlərinin həcmi açıqlandı

Azərbaycanda  fəaliyyət göstərən  31 bankın 31 iyul 2017-ci il tarixinə cəmi aktivləri  29,708.5 milyon manat, cəmi öhdəlikləri 26,872 milyon manat təşkil edib. Sektorun balans kapitalı 2,836.5 milyon manatdır.

Azərbaycanda  fəaliyyət göstərən  31 bankın 31 iyul 2017-ci il tarixinə cəmi aktivləri  29,708.5 milyon manat, cəmi öhdəlikləri 26,872 milyon manat təşkil edib. Sektorun balans kapitalı 2,836.5 milyon manatdır. "Olaylar" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata istinadən xəbər verir ki, əhalinin əmanətləri 6,834.1 milyon manat həcmindədir. Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, ATM-lərin sayı 2,505-dir.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,123 nəfər təşkil edir. 2017-ci ilin 31 iyul tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31