Gündəm
Nazir: Almaniya bu məsələdə Türkiyəyə mane ola bilməz
Almaniya Türkiyənin Avropa İttifaqının gömrük birliyinə daxil olmasına mane ola bilməz. Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib. O qeyd edib ki, Türkiyə bu birliyə daxil olmaq üçün Almaniya ilə danışıqlar aparmır. N.Zeybekçi onu da vurğulayıb ki, Almaniyanın bütün cəhdlərinə baxmayaraq Türkiyə gömrük birliyinə daxil olmaq üçün işini davam etdirəcək.
Məşhur rejissor Könül Nağıyeva ilə görüşdü
Məşhur rejissor Peter Vebber İstanbulda olduğu zaman azərbaycanlı aktrisa Könül Nagıyeva və Kaan Urgancıoğlu ilə görüşüb. “Olaylar” bildirir ki, restoranların birində aktyorlarla görüşən rejissor onlarla birgə çəkdirdiyi fotoları instaqram hesabından paylaşıb.
Xudu Məmmədov küçəsi iflic olub- FOTOLAR
Xətai rayonunun Xudu Məmmədov küçəsi ilə hərəkət edərkən qarşımıza bir hasar çıxdı. 2011-ci ilin avqust ayından bu ərazinin bir hissəsi dörd bir tərəfdən hasara alınıb. Küçənin sağ və sol tərəflərindəki hündür binalara gediş-gəliş çətinləşib. Gecələr darısqal yoldan keçmək həm təhlükəli, həm də qorxuludur. Zülmət qaranlıqdan istifadə edən bəzi yaramaz insanlar obyektlərə, dükanlara basqın edir, oğurluq və zorakılıq hallarına yol verilir.
Avropaya qanlı hücumlar hazırlanır
İŞİD terror qruplaşmasının lideri Əbubəkd əl-Bağdadi aldığı məğlubiyyətlərə qisas olaraq Böyük Britaniya və başqa Avropa ölkələrinə qarşı terror hücumlarının yeni dalğasını hazırlayır.
"Qarabağ"ın "Roma" və "Atletiko" ilə oyunlarının vaxtı dəqiqləşdi
UEFA Gənclər Liqasının qrup mərhələsinin I dövrəsinin təqvimini açıqlayıb. C qrupunda mübarizə aparan "Qarabağ"ın U-19 komandasının "Çelsi", "Roma" və "Atıetiko" ilə görüşlərinin vaxtı və yeri dəqiqləşib. Təmsilçimizin İngiltərədəki səfər oyunu saat 14:05-də, ilk iki ev qarşılaşması 12:00-da başlayacaq. Rəqiblərini "Azərsun Arena"da qəbul edəcək Ağdam klubunun meydançası rəsmən "Qarabağ" stadionu kimi tanınacaq. Çünki UEFA reklam tipli, sponsor adlarını ifadə olunmasını qəbul etmir.
MTN generallarının məhkəməsi - Əlavə şahidlər dindiriləcək
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Neft amilindən asılılıq aradan qalxır
Regionların, ümumilikdə isə dövlətin inkişafında yeni dinamika, inkişaf tendensiyası müşahidə edilir. Bu tendensiyada isə əsas diqqət təbii ki, uzun illərdən bəri əsas prioritet olan qeyri-neft sektoruna ayrılır. Daha dəqiq desək qeyri-neft sektorunun mühüm istiqamətlərindən sayılan kənd təsərrüfatına. Artıq iki ilə yaxındır ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində radikal, məqsədyönlü addımlar atılır. Xüsusilə, bu məsələdə ənənəvi və ayrı-ayrı regionlar üzrə spesifik sahələrin müəyyən edilməsi diqqət çəkicidir.
İdeal evlilik yaşı neçədir? - Bakı sakinləri cavab verir
Evlilik insan həyatının ən çətin, məsuliyyətli qərar vermə anlarından biridir. Bu qərarın verilməsində aparıcı rol oynayan amillərdən biri də qərar verən şəxsin yaşıdır. Dünyanın əksər ölkələrində evlilik yaşı anlayışı 18 kimi qəbul edilir. Yəni bu yaşda olan istənilən şəxs evlənmək barədə müvafiq dövlət qurumlarına müraciət edə bilər. Amma bu, hələ o demək deyil ki, 18 yaşlı gənc evlilik kimi məsuliyyəti yükün altına girə bilər. Bəs Bakı sakinləri kişiləri evliliyə hansı yaşda hazır görür? Kişilərin ailə qurması üçün ideal yaş neçədir?
Venqer: "Vəziyyəti düzəltmək üçün imkanlarımız var"
"Arsenal" İngiltərə Premyer Liqasının 4-cü turunda "Bournemout"la qarşılaşacaq. "Topçular"ın baş məşqçisi Arsen Venqer bu oyun ərəfəsində fikirlərini bölüşüb.
Sabiq nazirin adı Rza Zərrabın cinayət işində
Amerikada həbs edilən azərbaycan əsilli iş adamı Rza Zarrabın cinayət işi üzrə yeni detallar məlum olub. Cinayət işində sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan, "Xalq Bank"ın keçmiş müdiri Süleyman Aslan, icraçı direktor müavini Ləvənt Balkanın da adı hallanır. Onlar ABŞ-ın İrana tətbiq etdiyi embarqonu pozmaqda ittiham olunurlar.
Ermənistan “Jara”-nın yayımına qadağa qoyub
İyulun 27-dən 30-dək Bakıda keçirilmiş “Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi olub. Festivalda 80-dən çox tanınmış artist iştirak edib. Beynəlxalq festivala nəinki Azərbaycan paytaxtının sakinləri, həm də dünyanın müxtəlif ölkələrindən musiqi sərrafları maraq göstəriblər. Çoxsaylı qonaqlar respublikanın turizm imkanları ilə yaxından tanış olub, paytaxtın və regionların inkişafını öz gözləri ilə görüblər.
Kərə yağı iki dəfə bahalaşdı - Səbəb
Ötən ilin iyun, iyul ayları ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə kərə yağının dünya bazarında qiymətləri 100%, yəni 2 qat artıb. Bu barədə məlumatı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov yazıb. O bildirib ki, dünya bazarı dedikdə Yeni Zellandiya-Avstraliya (əsas istehlakçı Yeni Zellandiyadır), Avropa və Amerika qiymətləri nəzərdə tutulur: “Qiymətə təsir edən bu 3 bazardan Yeni Zellandiya-Avstraliyanın təsiri daha çoxdur.
Azercell-dən növbəti uğur
Azercell Telekom MMC növbəti dəfə keyfiyyətin idarəolunması standartı üzrə İSO 10002:2014 sertifikatını alıb. Bu sertifikat keyfiyyətli idarəetmə sisteminin Azercell-in öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir. Keyfiyyət auditi “Büro Veritas Azeri” MMC tərəfindən aparılıb. Bu beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir.
Azərbaycan "Şərq Tərəfdaşlığı" XİN rəhbərlərinin görüşündə təmsil olunacaq
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa İttifaqına (Aİ) üzv olan ölkələr və "Şərq Tərəfdaşlığı" dövlətləri XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə Azərbaycanı təmsil edəcək. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, bu görüş sentyabrın 8-də Tallində baş tutacaq.
Myanmada müsəlmanların qətliamına fətva verən lider öldürüldü
Myanmanın Arakan ştatında müsəlmanların qətliamına fətva verən buddist ruhani lider öldürülüb. Ruhani lider dünən səhər saatlarında çeçen mücahidləri tərəfindən mühafizəçiləri ilə birlikdə qaçırılıb. Xəbərə görə, öldürülən ruhani liderin gözləri də çıxarılıb.


.jpg)











