"Qarabağ"ın "Roma" və "Atletiko" ilə oyunlarının vaxtı dəqiqləşdi

UEFA Gənclər Liqasının qrup mərhələsinin I dövrəsinin təqvimini açıqlayıb. C qrupunda mübarizə aparan "Qarabağ"ın U-19 komandasının "Çelsi", "Roma" və "Atıetiko" ilə görüşlərinin vaxtı və yeri dəqiqləşib. Təmsilçimizin İngiltərədəki səfər oyunu saat 14:05-də, ilk iki ev qarşılaşması 12:00-da başlayacaq. Rəqiblərini "Azərsun Arena"da qəbul edəcək Ağdam klubunun meydançası rəsmən "Qarabağ" stadionu kimi tanınacaq. Çünki UEFA reklam tipli, sponsor adlarını ifadə olunmasını qəbul etmir.

Gənclər Liqası, Çempionlar Liqası yolu
Qrup mərhələsi, C qrupu
 
I tur
12 sentyabr
14:05. "Çelsi" (İngiltərə) - "Qarabağ"
Surrey. "Çelsi" Futbol Klubunun Təlim-Məşq Bazası
 
II tur
27 sentyabr
12:00. "Qarabağ" - "Roma" (İtaliya)
Bakı. "Qarabağ" stadionu
 
III tur
18 oktyabr
12:00. "Qarabağ" - "Atletiko" (İspaniya)
Bakı. "Qarabağ" stadionu

Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31