Gündəm

Makron: Türkiyə AB-dən uzaqlaşır, narahatam 

7 Sentyabr 2017 16:40

Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi ilə bağlı açıqlama verib. Makron Türkiyənin AB-dən uzaqlaşdığını, lakin münasibətləri tamamilə qoparmamalı olduğunu bildirib. 

Ermənistanın təcridi güclənir - üç paytaxt birləşir

7 Sentyabr 2017 16:37

Bakı zirvəsindən düşmənə mühüm mesaj; Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin Bakı sammiti: diplomatik ortaqlıqdan strateji-hərbi ortaqlığa doğru; “Ermənistanın iri regional layihələrdən sürətlə kənarlaşdırılması gələcək hərbi qələbəmizi təmin edən ciddi amillərdən olacaq...”

Niderlandın mərkəzi kitabxanasında Azərbaycan guşəsi açılacaq

7 Sentyabr 2017 16:33

Niderlandın Bildts mərkəzi kitabxanasında Azərbaycan Mədəniyyəti günü keçirilib. “Niderland-Azərbaycan Evi” təşkilatının sədri Elxan Mirhəşimli tərəfindən keçirilən tədbirdə Azərbaycan mətbəxi, brend məhsulları təqdim olunub və ölkəmizin turizm potensialından danışılıb. Tədbirə Niderland KİV nümayəndələri və bələdiyyə üzvləri də qatılıb.

Azərbaycanda görünməmiş hadisə – Pulsuza qəbul oldu, “YERLƏR DOLUB” dedilər 

7 Sentyabr 2017 16:31

Azərbaycanda kuryoz hadisə baş verib. Turkustan.info xəbər verir ki, Məmmədov Elçin Rizvan oğlu adlı abituriyent bu il Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Yol və nəqliyyat tikintisi ixtisasına dövlət sifarişli əsaslarla qəbul olsa da, qeydiyyatdan keçdikdən bir neçə gün sonra ona ödənişsiz yerlərin dolduğu, onun yalnız eyni ixtisasın ödənişlisinə keçirə biləcəkləri bildirilib. Elçin Məmmədov Dövlət İmtahan Mərkəzinə müraciət etdikdə isə ona bildiriblər ki, məsələni ancaq universitetlə həll edə bilər”.

Azərbaycanda siyasi plüralizm ənənələri formalaşıb

7 Sentyabr 2017 16:29

Günümüzdə müstəqil Azərbaycan Respublikası demokratik cəmiyyətin bir üzvü kimi həmin cəmiyyətin bütün norma və prinsiplərinə ən yüksək səviyyədə əməl edir, onların daha da inkişaf etdirilməsi istiqamətində sistemli, davamlı addımlar atır. Demokratik cəmiyyətin vacib elementlərindən birinin siyasi plüralizm olduğunu nəzər alsaq, əminliklə deyə bilərik ki, ölkəmizdə bu prinsipə də ən yüksək səviyyədə riayət olunur, siyasi azadlıqlar təmin edilir, qorunur. Elə Qlobal Araşdırmalar Liqasının rəhbəri Azər Verdiyev də bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Azər Verdiyev ölkədə siyasi plüralizmin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, atılan addımlardan danışıb.

Ombudsmanın nümayəndələri Mehman Əliyevlə görüşüblər

7 Sentyabr 2017 16:27

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən  verilən məlumata görə, müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə bir çox şəxslər fərdi qəbul edilib.

AŞ-ın Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyəti başa çatıb

7 Sentyabr 2017 16:24

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Millət vəkili Lütfi Zadə ilə bağlı xatirələrindən yazdı

7 Sentyabr 2017 16:21

“Professor Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) haqqında ilk dəfə 9-cu sinifdə oxuyarkən (1991) İnformatika Dərsliyi kitabında oxumuşdum. O zaman dünyaca məşhul olan bir alimin azərbaycanlı olması hamımızda böyük maraq oyatmışdı. Uşaqların əksəriyyətində və xüsusən də məndə İKT-yə maraq da elə bu dövrdən və məhz onun sayəsində yaranmışdı”.

Binəqədi rayonunda “növbəti məlumat saatı keçirilib

7 Sentyabr 2017 16:21

Binəqədi Rayon İcra Hakimiyyətində “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda “Məlumat saatı” keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a verilən məlumata görə,  məlumat saatında məruzə ilə çıxış etmək üçün AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanova söz verilib.

Azərbaycanı dünya çempionatından kənarlaşdırırlar

7 Sentyabr 2017 16:19

9 ölkənin yığması noyabrın 27-dən dekabrın 5-dək ABŞ-ın Anahaym şəhərində keçiriləcək ağırlıq qaldırma üzrə dünya çempionatından kənarda qalmaq təhlükəsi ilə üzləşib.

İsveçdə terakt hazırlamaqda şübhəli bilinən şəxs saxlanıldı

7 Sentyabr 2017 16:17

Sentyabrın 6-da axşam İsveçin cənubunda təxminən 30 yaşı olan bir nəfər saxlanılıb. O, ölkə ərazisində terror aktı hazırlamaqda şübhəli bilinir. Yerli KİV-in məlumatına görə, dövlət ittihamçısı Yevamari Xaqqkvist qeyd edib ki, bu şəxs barəsində ittiham əsassız deyil: “Məsələ ondadır ki, o, istintaqa ziyan vura bilərdi”.

Məxfi qrup Facebook-da amerikalı seçiciləri necə çaşdırıb

7 Sentyabr 2017 16:15

"The Telegraph" yazır ki, Rusiyada mənzillənmiş məxfi qrup ABŞ seçkilərini təsirləndirmək üçün Facebook-da 100 min dollarlıq reklam alıb. Facebook rəsmiləri bildiriblər ki, bəzi hallarda bu reklamlarda namizədlər Donald Tramp və ya Hillari Klintonun adları çəkilirdi.

Avropa Tolerantlıq Festivalı keçiriləcək

7 Sentyabr 2017 16:12

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, DokuBaku, Park Cinema, Landmark Hotel, “United Cultures”, Bakı Media Mərkəzi, YARAT və Turkish Airlines-ın birgə əməkdaşlığı nəticəsində Bakıda IMAGINE Avropa Tolerantlıq Festivalı keçiriləcək. Bu barədə məlimatı “Olaylar” – a  Park Cinema və Avropa Birliyi nümayəndələri bildirib. IMAGINE Avropa Tolerantlıq Festivalının və DokuBakunun əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.

ANS-in keçmiş aparıcısı restoranda çıxılmaz vəziyyətdə qaldı – Hesabı ödəyə bilmədi, əvəzində qab yudu

7 Sentyabr 2017 16:11

Ulvira Qarayeva çay evində qab yuyaraq hesab ödəyib. Sosial mediadakı hesabında Ulvira Qarayeva bu haqda paylaşım edib. Qab yuduğu yerdən fotosunu paylaşan aparıcı bunları yazıb: “Şahmar hesabı ödəməyib, qaçanda, çay evində qab yuyaraq hesab ödəyirik”.

Böyük Britaniya fövqəladə iclas çağırır

7 Sentyabr 2017 16:01

Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon Karib dənizi üzərində tüğyan edən “İrma” qasırğası ilə əlaqədar fövqəladə komissiyanın iclasını keçirəcək. Bununla əlaqədar bir qədər əvvəl ölkənin baş naziri Tereza Mey də Fransa prezidenti Emmanuel Makronla danışıqlar keçirib.