Gündəm

Azərbaycanda radiasiyalı ərazilərin SİYAHISI

7 Sentyabr 2017 17:30

Azərbaycanda ciddi radiasiya təhlükəsi yoxdur. Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktor müavini Rəvan Mehdiyeva deyib.

İdarə rəisi: “Vətəndaşların Azərbaycan sərhədini keçmədən xaricdən diplom alması faktları var”

7 Sentyabr 2017 17:29

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi 2015-ci ilin dekabr ayında yaranıb və artıq idarənin yaranmasından 1 il 6 ay zaman keçir.  Qurumun fəaliyyəti 2 istiqamətdə - akkreditasiya və nostrifikasiya (xarici ölkə diplomlarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsi) üzrə qurulub.

Zaqatala və Balakəndə müəllimlərə bəzək əşyalarından istifadə etməmək tövsiyə olunub

7 Sentyabr 2017 17:24

Balakən və Zaqatala rayon Təhsil şöbələri bu rayonlarda çalışan müəllimlərə vahid geyim forması tələbi qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Təhsil şöbələrindən daxil olan açıqlamada bildirilib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində Zaqatala və Balakən rayonlarındakı ümumtəhsil məktəblərində müəllimlərə vahid geyim forması tələbi qoyulması barədə məlumat yer alıb. Məlumatda qeyd olunub ki, tələbə əməl etməyənlər dərsə buraxılmayacaq.

Rusiyada hərbi poliqonda partlayış olub, ölən və yaralananlar var

7 Sentyabr 2017 17:22

Rusiyada hərbi poliqonda partlayış baş verib. Məlumatına görə, Leninqrad vilayətində yerləşən poliqonda baş verən partlayış zamanı bir hərbçi ölüb, 5 nəfər yaralanıb. "Bu gün yerli vaxtla saat 12:30 radələrində Leninqrad vilayətində yerləşən poliqonda keçirilən tanklardan planlaşdırılmış atış zamanı mərmi altı nəfər mühəndis istehkamçısının yaxınlığında partlayıb. Nəticədə bir hərbçi ölüb, 5-i yaralanıb", - deyə məlumatda bildirilir. Faktla bağlı araşdırma aparılır.

Nazirlik: Qiymətləri tənzimlənmiş dərmanların fərqli qiymətə satışı qadağandır

7 Sentyabr 2017 17:20

"Dərman vasitələri haqqında" qanununa əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki, dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən aşağı və ya yuxarı qiymətlərlə satışına görə İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək, hüquqi şəxslərə 3000 manatdan 5000 manatadək cərimə nəzərdə tutulur.

Tbilisidə Rusiyadan gəlmiş turist döyüldü

7 Sentyabr 2017 17:17

Tbilisinin mərkəzində üç naməlum şəxs Rusiyadan gəlmiş turistə hücum ediblər. Xəstəxanaya yerləşdirilmiş kişinin vəziyyəti stabil və kafidir. Onun bu gün axşam xəstəxanadan buraxılacağı gözlənilir. Həkimlərin bildirdiyinə görə, rusiyalı qonaq xəstəxanaya baş və üz nahiyəsinin zədələri ilə daxil olub.

Yevlaxda dilənçinin oğlu narkotiklə tutuldu

7 Sentyabr 2017 17:14

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları xuliqanlıq maddəsi ilə axtarışda olan rayonun Havarlı kənd sakini 53 yaşlı Cəlal Dilənçi oğlu Qəhrəmanovu saxlamaq istəyərkən o qaçmağa çalışıb.

Poti və Batumi limanları bağlandı

7 Sentyabr 2017 17:12

Gürcüstanın Qara dəniz sahillərində baş verən güclü fırtınalar Poti və Batumi limanlarının fəaliyyətini iflic vəziyyətə salıb. "İnterfaks" xəbər verir ki, artıq dünən gecədən limanlarda gəmilərin qəbulu və yola salınması üzrə əməliyyatlar dayandırılıb.

Gəmiçiliyin mühəndis-geoloji gəmisi təmirə dayanıb

7 Sentyabr 2017 17:10

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ixtisaslaşdırlmış donanmasına məxsus “Məmməd Süleymanov” mühəndis-geoloji gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmirə dayanıb. “OLAYLAR”-ın xəbərinə görə, gəminin avar və sükan qurğuları keyfiyyətlə təmir edilir, sualtı və suüstü hissələrinin, lövbər və lövbər zəncirinin rənglənməsi həyata keçirilir. Gəminin gövdə hissəsinin  qüsurlu yerləri də təmir olunur. Eyni zamanda üzən vasitənin göyərtəsində dəmir lövhələr dəyişdirilir. Uzunluğu 45.635, eni 9.310 metr olan gəminin maksimal sürəti 11.4 uzel, dedveyti isə 171 tondur.

Bakıda Azərbaycan və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü keçirilib 

7 Sentyabr 2017 17:09

Sentyabrın 7-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, qonaqları salamlayan general-polkovnik N.Sadıkov iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.

Qəbələdəki meşə yanğınları ilə bağlı əməliyyat müşavirəsi keçirilib

7 Sentyabr 2017 17:05

Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi ilə əlaqədar sentyabrın 6-da axşam saatlarında rayonun Dandıx kəndinin ərazisində yaradılmış qərargahda növbəti əməliyyat müşavirəsi keçirilmişdir. Qərargahın rəhbəri, fövqəaladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə keçirilən müşavirədə nazirliyin, Qəbələ rayon icra hakimiyyətinin rəhbər şəxsləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.

Yığma komandamız çempionatı 1 qızıl və 2 gümüş medalla başa vurub

7 Sentyabr 2017 16:50

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə,  ikinci yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 69, 76 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub.  42 kq çəki dərəcəsində mübarizə aparan Qurban Qurbanov İtaliya və Namibiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda Rusiya idmançısına da qalib gəlib və çempionatın finalına vəsiqə qazanıb. Gərgin keçən həlledici görüşdə Ukrayna idmançısına qalib gələn Qurban Qurbanov Dünya çempionatının qızıl medalını qazanıb. 46 kq-da yarışan Nihad Məmmədli də Qırğızıstan, Türkiyə və Rusiyadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Ancaq final görüşündə Ukrayna təmsilçisinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib. 

Keçən ay 10184 metr qazma işi həyata keçirilib

7 Sentyabr 2017 16:48

2017-ci ilin avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10184 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 10130 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93646 metr qazma işi görülüb ki, bunun da 87208 metri istismara, 6438 metri isə kəşfiyyata aid olub.  2017-ci ilin avqust ayında qazmadan alınmış 6, il ərzində isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Azərbaycan gənci ədalətli sülhün tərəfdarıdır

7 Sentyabr 2017 16:46

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən rayon Gənclər və İdman İdarəsi və Aktiv Gənclər Klubunun birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “İslam həmrəyliyi və gənclərin sülhsevərlik missiyası” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin əməkdaşı S.Hacıyev bildirib ki, sülh dünyada sabitliyin, əmin-amanlığın qarantıdır. Sabitlik və əmin-amanlıq da öz növbəsində hər bir cəmiyyətin mövcudluğunun və rifahının təminatıdır. Azərbaycan gəncinin ədalətli sülhün tərəfdarı olduğunu bildirən S.Hacıyev qeyd edib ki, Vətənimizə qarşı olan məkrli niyyətlərə layiqli cavabı vermək bizim vətəndaşlıq borcumuzdur.

Qarabağ separatçılarının növbəti şousu

7 Sentyabr 2017 16:45

Bu gün Azərbaycanın işğal altındakı ərazilərində növbəti şou keçirilib. Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan qondarma “parlament”də “and içib”. Separatçılar bu ilin əvvəlində işğal zonasında keçirilmiş “konstitusiya referendumu”na əsasən “yarımprezident üsul-idarəsindən prezident idarəçiliyinə” keçiblər. Yaydakı “prezident seçkisi” adlı şoudan sonra isə B.Saakyan “parlament”də 2020-ci ilədək separatçılara rəhbərlik etmək “hüququ qazanıb”.