Azərbaycan gənci ədalətli sülhün tərəfdarıdır

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən rayon Gənclər və İdman İdarəsi və Aktiv Gənclər Klubunun birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “İslam həmrəyliyi və gənclərin sülhsevərlik missiyası” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin əməkdaşı S.Hacıyev bildirib ki, sülh dünyada sabitliyin, əmin-amanlığın qarantıdır. Sabitlik və əmin-amanlıq da öz növbəsində hər bir cəmiyyətin mövcudluğunun və rifahının təminatıdır. Azərbaycan gəncinin ədalətli sülhün tərəfdarı olduğunu bildirən S.Hacıyev qeyd edib ki, Vətənimizə qarşı olan məkrli niyyətlərə layiqli cavabı vermək bizim vətəndaşlıq borcumuzdur.

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən rayon Gənclər və İdman İdarəsi və Aktiv Gənclər Klubunun birgə təşkilatçılığı ilə "Sülh aylığı" çərçivəsində "İslam həmrəyliyi və gənclərin sülhsevərlik missiyası" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin əməkdaşı S.Hacıyev bildirib ki, sülh dünyada sabitliyin, əmin-amanlığın qarantıdır. Sabitlik və əmin-amanlıq da öz növbəsində hər bir cəmiyyətin mövcudluğunun və rifahının təminatıdır. Azərbaycan gəncinin ədalətli sülhün tərəfdarı olduğunu bildirən S.Hacıyev qeyd edib ki, Vətənimizə qarşı olan məkrli niyyətlərə layiqli cavabı vermək bizim vətəndaşlıq borcumuzdur.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı E.Qarayev isə vurğulayıb ki, xalqımızın sahib olduğu milli-mənəvi dəyərlər hər zaman insanpərvərlik, birlik və bərabərlik prinsiplərinə əsaslanıb. Onun sözlərinə görə, malik olduğumuz bu dəyərləri layiqincə təmsil etməli və gələcək nəsillərə ötürməliyik. Daha sonra tədbir diskussiya şəklində davam edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31