Qarabağ separatçılarının növbəti şousu
Bu gün Azərbaycanın işğal altındakı ərazilərində növbəti şou keçirilib. Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan qondarma “parlament”də “and içib”. Separatçılar bu ilin əvvəlində işğal zonasında keçirilmiş “konstitusiya referendumu”na əsasən “yarımprezident üsul-idarəsindən prezident idarəçiliyinə” keçiblər. Yaydakı “prezident seçkisi” adlı şoudan sonra isə B.Saakyan “parlament”də 2020-ci ilədək separatçılara rəhbərlik etmək “hüququ qazanıb”.
7 Sentyabr 2017 16:45 DünyaBu gün Azərbaycanın işğal altındakı ərazilərində növbəti şou keçirilib. Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan qondarma "parlament"də "and içib". Separatçılar bu ilin əvvəlində işğal zonasında keçirilmiş "konstitusiya referendumu"na əsasən "yarımprezident üsul-idarəsindən prezident idarəçiliyinə" keçiblər. Yaydakı "prezident seçkisi" adlı şoudan sonra isə B.Saakyan "parlament"də 2020-ci ilədək separatçılara rəhbərlik etmək "hüququ qazanıb".
Ermənil separatçıları 3 il sonra işğal zonasında "prezidenti ümumxalq seçkisi ilə seçməyi" planlaşdırırlar. 31 "deputat"ın və kilsə xadimlərinin iştirak etdiyi "iclas"da B.Saakyan and işib, xaça təzim edib. O, konstitusiyaya əməl edəcəyinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacağına and içib, başından böyük iddialarla çıxış edib. Belə görünür, ordumuz separatçılara aprel savaşını yenidən xatırlatmalı olacaq. Bir il əvvəl Xankəndi ermənilərinin İrəvana qaçmasını elə ermənilər özləri etiraf edirdi. Bir neçə gün əvvəl Dağlıq Qarabağın "müstəqilliyi"nin 26 illiyini qeyd edən separatçılar "andiçmə" şousu ilə diqqəti özlərinə cəlb etmək, beynəlxalq ictimai rəydə nüfuz qazanmaq üçün cəhdlər göstərirlər.
Musavat.com

