Tbilisidə Rusiyadan gəlmiş turist döyüldü
Tbilisinin mərkəzində üç naməlum şəxs Rusiyadan gəlmiş turistə hücum ediblər. Xəstəxanaya yerləşdirilmiş kişinin vəziyyəti stabil və kafidir. Onun bu gün axşam xəstəxanadan buraxılacağı gözlənilir. Həkimlərin bildirdiyinə görə, rusiyalı qonaq xəstəxanaya baş və üz nahiyəsinin zədələri ilə daxil olub.
7 Sentyabr 2017 17:17 DünyaTbilisinin mərkəzində üç naməlum şəxs Rusiyadan gəlmiş turistə hücum ediblər. Xəstəxanaya yerləşdirilmiş kişinin vəziyyəti stabil və kafidir. Onun bu gün axşam xəstəxanadan buraxılacağı gözlənilir. Həkimlərin bildirdiyinə görə, rusiyalı qonaq xəstəxanaya baş və üz nahiyəsinin zədələri ilə daxil olub. Döyüldükdən sonra rusiyalının bütün qiymətli əşyaları və pulu əlindən alınıb. Gürcüstan polisi hadisə ilə bağlı açıqlama verməyib. Virtualaz.org TASS-a istinadən xəbər verir.