Keçən ay 10184 metr qazma işi həyata keçirilib
2017-ci ilin avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10184 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 10130 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93646 metr qazma işi görülüb ki, bunun da 87208 metri istismara, 6438 metri isə kəşfiyyata aid olub. 2017-ci ilin avqust ayında qazmadan alınmış 6, il ərzində isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
7 Sentyabr 2017 16:48 Sosial2017-ci ilin avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10184 metr qazma işi həyata keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 10130 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93646 metr qazma işi görülüb ki, bunun da 87208 metri istismara, 6438 metri isə kəşfiyyata aid olub.
2017-ci ilin avqust ayında qazmadan alınmış 6, il ərzində isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.