Gündəm
Moskvada göydələn təxliyə edildi
Moskvanın “Moskva-Siti” biznes şəhərciyində göydələnlərdən biri təxliyə edilib. Buna ərazisində sahibsiz əşyanın tapılması səbəb olub.
ETSN: Ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıqdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin bu gün səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.
Maksim Lopes karyerasını "Barselona"da davam etdirə bilər
"Marsel" futbol klubunun yarımmüdafiəçisi Maksim Lopes "Barselona"nın maraq dairəsindədir. Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde 19 yaşlı yarımmüdafiəçini heyətə qatmaqda maraqlıdır. "Barselona"nın məşqçilər korpusu cari mövsüm ərzində futbolçunun oyununu izləyiblər. Klub təmsilçiləri futbolçunun meneceri ilə görüşüb və danışıqlar davam etdirilir.
İrəvanda yenidən etiraz aksiyası keçirilib
Ermənistanda hökumət binasının qarşısında etiraz aksiyası keçirilib. Etiraz edənlər fəaliyyəti dayandırılan "Nairit" zavodunun işçiləridir. Kimyaçı-mühəndis Anahit Manukyan bildirib ki, zavodun yenidən işə salınmasına sərmayə qoymaq istəyən olsa da, hökümət texniki audit keçirməyə icazə almaq üçün sərmayədarların xahişinə cavab vermir.
Vəhşi quş saxlayan restoran sahibi cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhəri, Nərimanov rayon sakini Rahib Yusifli tərəfindən Göygöl rayonunda yerləşən “Ağrıdağ” istirahət mərkəzində vəhşi quşun qanunsuz saxlanılması ilə bağlı şikayət daxil olub.
UEFA kuboku: "Araz"ın oyunlarının vaxtı müəyyənləşdi
Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarının vaxtı açıqlanıb. H qrupunda mübarizə aparacaq Azərbaycan çempionu "Araz" oktyabrın 11-də Bosniya və Herseqovinanın "Mostar" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oktyabrın 12-də isə təmsilçimiz Maltanın "Luksol Sent Endryu" klubu ilə üz-üzə gələcək. Bu görüş də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Naxçıvan təmsilçisi oktyabrın 14-də son turun oyununda "Deva" (Rumıniya)ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Ermənistanın işğalçılıq siyasəti Dünya İqtisadi Forumunda tənqid olunub
Sentyabrın 5-də Polşanın Krıniça şəhərində işinə başlamış 27-ci Dünya İqtisadi Forumu bu gün də fəaliyyətini davam etdirib. Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Trend-ə verilən məlumata görə, şuranın baş məsləhətçisi Toğrul Məmmədli bu gün “Şərq Tərəfdaşlığının 8 ili: uğursuzluqlar, nailiyyətlər, gələcək” adlı plenar sessiyada çıxış edib.
Türkiyə vətəndaşlarını ABŞ-a getməməyə çağırdı - Səbəb "İrma"
Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını “İrma” qasırğası ilə əlaqədar ABŞ-a səfər etməməyə çağırıb. Trend bu barədə Türkiyə XİN-ə istinadən məlumat verir. Bundan başqa, Türkiyə XİN qasırğa zonasında olan vətəndaşları da ehtiyatlı olmağa çağırıb.
Məmmədəli Ağayev "Dostluq" ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Məmmədəli Ağayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev makedoniyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Makedoniya Prezidenti Gyorge İvanova təbrik məktubu göndərib.
Varşavada Azərbaycan Xalq Cümhuriyyətinin hərbi xadimlərinin abidəsi ucaldılıb
Polşada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 7-də Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri, general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.
Evlilik verilişi haqda daha bir qalmaqal: "Rola girmişdik"
Zuhal Topalın evlilik verilişində Əliyə namizəd olan Nurlana proqramın bağlanmasından sonra bəzi etiraflar edib. Türkiyə mediası xəbər verir ki, azərbaycanlı iştirakçı verilişdə hər şeyin saxta olduğunu deyib: “Hər şey ssneari idi. O qədər efirdə olsaq da, pulumuzu vermədilər. Bizi rola salırdılar”.
Avropa Şurasının Bakı ofisinə yeni rəhbər təyin olunub
Avropa Şurasının Bakı ofisinin yeni rəhbəri təyin olunub. Bu barədə Avropa Şurasının mətbuat ofisindən məlumat verilib. AŞ-nın baş katibi Tyornbörn Yaqland bu vəzifəyə Zoltan Hernyesi təyin edib. Yeni səfir vəzifəsinin icrasında sentyabrda başlayacaq. “Zoltan Hernyes Macarıstandan olan, geniş təcrübəyə malik diplomatıdır”, - deyə AŞ-dən bildirilib.
Bakıda ağır yol qəzası: 2 ölü, 3 yaralı
Bakıda ağır yol qəzası baş verib. Hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib. Yolda hərəkətdə olan "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin isə xəsarət aldığı bildirilir. Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətin bərpasına və tıxacın aradan qaldırılmasına çalışır.
Azərbaycan Afrikada təhsilə 1,5 milyon dollardan çox vəsait ayırıb
Azərbaycan dörd Afrika ölkəsində qızların təhsili üzrə YUNESKO layihəsinə 1,5 milyon dollardan çox vəsait ayırıb. Bu barədə Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin “Twitter” səhifəsində yazılıb. Layihə Keniya, Tanzaniya, Uqanda və Liberiyanı əhatə edir.














