Gündəm
Mustafa Ceceli Bakıya gəlir
Türkiyəli müğənni Mustafa Ceceli Bakıya gələcək. Sənətçini paytaxtımıza aktrisa Məlahət Abbasova gətirəcək. Belə ki, Ceceli aktrisanın “Məlahətli söhbətlər” proqramının qonağı olacaq.
Smartfonlar beyin silkələnməsini diaqnozlaşdıracaq
Vaşinqton Universitetinin tədqiqatçıları beyin silkələnməsini diaqnozlaşdırmağa imkan verən yeni mobil proqram yaradıblar. Smartfonlar üçün yeni əlavə beyin silkələnməsi sahəsində xəstəxanadan kənar diaqnozqoymanın ən yaxşı metodu hesab edilir. Göz bəbəyinin skan edilməsi üçün mobil qurğunun kamerasından istifadə sayəsində hətta zəif silkələnmənin əlamətlərini aşkarlamaq mümkündür.
Qızıl “iPhone 8” üçün ilkin sifarişlərin qəbuluna başlanılıb
Londonun "Goldgenie" mağazası qızıl "iPhone 8" smartfon modeli üçün ilkin sifarişlərin qəbuluna başlayaraq qurğunun sentyabrın 12-də keçiriləcək təqdimatını qabaqlayıb. "Goldgenie" şirkətinin sifarişçilərə "iPhone 8" modelinin qızıldan və ya platindən düzəldilmiş versiyalarını çatdıracağı bildirilir. Arzu edənlər isə qurğunun brilyantlarla bəzədilmiş versiyasını əldə edə biləcəklər. Şirkət, həmçinin qurğunun adi korpusunu bütöv 18 karatlıq versiya ilə əvəzləyə bilər.
“Google” şirkəti “Android” sistemində onlarla təhlükəli boşluğu aradan qaldırıb
“Google” şirkəti tərəfindən təqdim ediləcək sentyabr yeniləməsində “Android” platforması, “Broadcom”, “Qualcomm” və “MediaTek” şirkətlərinin komponentləri və “Linux” sisteminin nüvəsi üçün düzəlişlər əlçatan olacaq.
Gənc Tamaşaçılar Teatrının sentyabr ayı üçün repertuarı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabr ayında nümayiş ediləcək tamaşaların siyahısını açıqlayıb. Özünün 90-cı yubiley mövsümünə start verən teatr 23 sentyabrda 90-cı mövsümə gündüz saat 12-də C.Rodarinin “Çippolino”, axşam 1900-da isə M.F. Axundzadənin “Hekayəti-xırs quldurbasan” tamaşaları ilə start verəcəkdir
“Perlan” planeri yeni yüksəklik rekorduna imza atıb
“Airbus” aerokosmik konserninin maliyyələşdirdiyi “Perlan” şirkəti kosmos hüdudlarına uçuşlar üçün nəzərdə tutulan planerlərin hazırlanması ilə məşğuldur. Bu yaxınlarda mütəxəssislər planerin yeni uğurlu sınaqlarının keçirilməsi və uçan aparatın qazandığı yeni rekord barədə açıqlama veriblər.
Saç boyasını dəridən necə təmizləyək? – 3 ÜSUL
Əksər xanımlar saçlarını evdə özləri boyayır. Amma bu zaman dəridə boya ləkəsi qalır. Bəs bu ləkəni asanlıqla necə təmizləmək olar? Ailem.az bununla bağlı faydalı məsləhətlər verir.
Qədim su terapiyalarının möcüzəvi faydaları
Belə bir formul mövcuddur - insan çəkisinin hər 1 kiloqramı üçün 30-40 ml su içilməlidir. Digər formula görə - 1500 ml + insan çəkisinin hər 1 kq-na 20 ml su (bədən çəkisi 20 kq-dan artıq olduqda). Orta hesabla 70 kq bədən çəkisi olan insan gün ərzində 2,5 l və daha artıq su qəbul etməlidir. Təbii ki, bu heç də o demək deyil ki, insan hər gün mütləq düz 3 l su içməlidir. Axı biz suyu digər mənbələrdən də alırıq - suplar, şirələr, meyvə və tərəvəzlərdə olan su və s.
Telefonu təyyarə rejiminə qoyub şarj etsəniz...
Telefonlarda, demək olar, heç istifadə edilməyən funksiyalardan biri təyyarə rejimidir. Bu rejim təyyarə ilə səfər zamanı nəzərdə tutulsa da, müxtəlif məqsədlər üçün faydalı şəkildə istifadə etmək olur. Belə ki, telefon enerji yığarkən təyyarə rejimində olarsa, 2 dəfə tez dolar.
Görkəmli alim Lütfi Zadənin vəfatı ilə əlaqədar nekroloq imzalanıb
Nekroloqda qeyd olunur:"Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli alim, ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ömrünün 97-ci ilində vəfat etmişdir.
Monqolustan hökuməti istefaya göndərildi
Monqolustan Böyük Dövlət Xuralı (parlament) ölkənin baş naziri Jarqaltulqın Erdenebatı istefaya göndərib. Trend-in məlumatına görə, ölkə hökumətinin istefası da qəbul edilib.
Türkiyədə terror törətmək istəyən İŞİD-çi tutulub
Türkiyənin Mersin şəhərində polis mərkəzini partlatmaq istəyən şəxs saxlanılıb. Onun üzərindən 3 kq yaxın partlayıcı maddə aşkarlanıb.
Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq
Azərbaycanda ilk dəfə olaraq Türkiyə Superliqasının oyunları canlı yayımlanacaq. Bu ilkə CBC Sport kanalı imza atıb. "Azərbaycana gələn gündən bu çempionatın burada yayımlanmasına çalışdım. Və budur çoxsaylı danışıqlardan sonra "Saran Holding", "Digi Türk" və AFFA-dan olan dostlarmızın köməyi ilə biz, nəhayət, bu bayramı sizə yaşada biləcəyik. "Galatasaray", "Fenerbahçe", "Beşiktaş", "Trabzonspor" kimi köklü klublarla yanaşı, Türkiyə superliqasında mübarizə aparan digər komandaların oyunlarını da təqdim edəcəyik. Həftədə 2 görüşü canlı yayımlayacağıq.
Rusiya-Türkiyə strateji tərəfdaşlığı: İzmir sərgisindən sonra gəlinən qənaətlər
Tarixən Türkiyə ilə Rusiya arasındakı münasibətlər geniş geosiyasi məkana ciddi təsir edib. Əsrlərlə Avrasiyanın iki böyük imperiyası bir-birinə düşmən siyasət yeridiblər. Təcrübə göstərir ki, belə gedişat, əslində, həm Türkiyəyə, həm də Rusiyaya ziyandır. Son illər iki böyük dövlət daha çox əməkdaşlığa meyl edirlər. Bu ilin avqustunda İzmirdə beynəlxalq sərgi-yarmarkanın keçirilməsi zamanı iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək barədə razılığın əldə edilməsi yeni ümidlər yaradıb. Analitik və ekspertlər Rusiya-Türkiyə yaxınlaşmasının faydalılığını əsaslandırmaq üçün müxtəlif arqumentlər gətirirlər. Biz onların bəziləri üzərində geniş dayanaraq, iki ölkə arasındakı əlaqələrin inkişafının doğrudan da, geniş geosiyasi məkanda müsbət nəticələr verəcəyini vurğulamaq istərdik.
Premyer Liqa klubu PFL prezidentini məhkəməyə verir
"Mançester Siti" klubu İspaniyanın Peşəkar Futbol Liqasının (PFL) prezidenti Xavyer Tebası məhkəməyə verməyə hazırlaşır. Buna səbəb Tebasın "şəhərlilər"in transfer siyasəti ilə bağlı ittihamlarla çıxış etməsidir. PFL rəhbəri bir müddət əvvəl açıqlamasında "Mançester Siti" və PSJ-ni futboldan kənar qazanclarla əldə etdiyi gəlirləri transferlərə xərcləməkdə günahlandırmışdı. Tebas "Mançester Siti" sahibinin hissələrinin 44,3 faizini aldığı La Liqa təmsilçisi "Xirona"nın da buna alət olduğunu qeyd edib. O, ingilislərin maliyyə feyr-pley qaydalarını pozmamaq üçün heyətə düşə bilməyən gənc oyunçuları yüksək məbləğ qarşılığında "Xirona"ya icarəyə verdiyini iddia edib. Bu fikirlərdən narazı qalan "Mançester Siti" klubu iddiaların əsassız olduğunu və məsələnin məhkəmə yolu ilə həll ediləcəyini açıqlayıb.




.jpg)









