Gündəm
"İrma" qasırğası binaları və maşınları belə MƏHV EDİR – DƏHŞƏTLİ VİDEO
Daha öncə xəbər verdiyimiz kimi, dəhşətli "İrma" qasırğası Barbuda adasını yerlə-yeksan edib. Bu barədə Antiqua və Barbudanın baş naziri Qaston Brauna istinadən ABC News məlumat yayıb.
"Rusiya-NATO görüşünün Bakıda keçirilməsi ölkəmizin siyasi nüfuzundan xəbər verir"
Ötən gün Bakıda Rusiya-NOTA arasında keçirilən görüş bütün dünya mətbuatının və ciddi siyasi dairələrin diqqətində idi. Rusiya-NATO münasibətləri həmişə diqqəti çəkib və son dövrlər onlar arasında yaşanan müəyyən problemlər həllini tələb edir. Bu baxımdan görüşün harada keçirilməsinin texnikidən daha çox siyasi əhəmiyyəti var”. Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
"Qalatasaray" Arda Turanı icarəyə götürdü
"Qalatasaray" "Barselona"nın futbolçusu Arda Turanı icarəyə götürüb. Bu barədə Kataloniyanın RAC 1 radiosu məlumat verib. Türkiyə yığmasının 30 yaşlı yarımmüdafiəçisi 2 il icarə əsasında İstanbul komandasının formasını geyinəcək.
40 yaşlı qadın yas mərasimində dirildi
Hindistanda qəribə hadisə baş verib. Sarılıq xəstəliyinə görə öldüyü deyilən qadın yas mərasimində qohumlarını şoka salıb. O, 2 ay müddətinə xəstəxanada qalsa da, ailəsi onu evə aparmaq qərarına gəlib.
Avqustun ən çox satılan kitabları - SİYAHI
MEK - də kitab təqdimatı
AMEA-nın Mərkəzi Elmi Kitabxanasına “Xüsusi təyinatlı bina və qurğuların inşasının texnologiyası və təşkili” dərsliyi təqdim olunub. "Olaylar" bildirir ki, “Azərbaycan” nəşriyyatında çapdan çıxan kitabın müəllifi professor Muğan Salahovdur. 13 fəsildən ibarət olan nəşrdə tikinti sənayesinin müasir texnologiyası və təşkili məsələləri ətraflı şərh olunur, respublikamızda və xarici ölkələrdə mürəkkəb mühəndis qurğularının, yüksək gərginlikli elektrik xətləri üçün qurulan dirəklərin, radio və televiziya qüllələrinin, bayraq dirəklərinin, eləcə də böyük aşırımlı monolit dəmir beton binaların inşa edilməsi üsulları araşdırılır.
Maskalı şəxslər Roza Zərgərlinin evində
ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqlarından biri müğənni Roza Zərgərli olub. Müğənni evinə oğruların girməsi haqqında ilk dəfə olaraq “Səhər-Səhər” verilişində danışıb: “Burada bir sirr açacam. 2 il bundan əvvəl mənim evimə oğrular girdilər. 5 maskalı kişi xeylağı. Xaçmazdan evə gəlirdim. Evdə yalnız Lara (iti) məni gözləyirdi. Qapını bağladım, yeməyimi yedim, Laranı yedizdirdim. Dedim gəl ana-bala gedək yatmağa. Bunun yatağını ayaq altıma qoydum. Kinoya baxırdım. Lara durub küçə qapısının yanına getdi. Orada hürməyə başladı. Gecə saat 3 idi.
İTV- də böyük dəyişiklik
İctimai Televiziyada rəhbərlikdə təmsil olunan 5 şəxs bu gün işdən çıxarılıb. Bunlar İctimai Televiziyanın Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri, mətbuat katibi (Akif Cabbarlı), mühafizə xidmətinin rəhbəri və daha iki departament rəhbərinin müavinidir. Məlumata görə, sabah İctimai Televiziya və Radio Yayımları Şurasının iclasından sonra mediaya bu haqda açıqlama veriləcək.
ƏSA Teatrının aktyoru İspaniyanın məşhur jurnalında
Öz dəsti-xətti ilə tanınan fotoqraf Eltac Zeynalovun “ƏSA” Teatrında həyata keçirdiyi foto-layihə, beynəlxalq arenada kifayət qədər məşhur olan, İspaniyanın “Dodho” fotoqrafiya jurnalında dərc olunub. “Olaylar” bildirir ki, əlilliyi olan insanların problemlərini qabartmaq, onların yaşam mübarizəsini işıqlandırmaq məqsədi daşıyan foto-layihənin ilk qəhrəmanı “ƏSA” Teatrının aktyoru Elvin Mirzəyev olub. “Dodho” jurnalında “Kristal adam” kimi təqdim edilən Elvin Mirzəyev “natamam osteogenez” xəstəliyindən əziyyət çəkir. Uşaqlıq dövründən bu yana müxtəlif çətinliklərlə qarşılaşmasına baxmayaraq, öz məqsədləri uğrunda mübarizə aparıb, stereotipləri pozmağa çalışıb. Onun aktyorluq sevgisi fiziki məhdudiyyətinə qalib gəlib. Hazırda Elvin, ƏSA Teatrında baş tutan tamaşalarda uğurlu çıxış edir və özünü aktyor kimi daima inkişaf etdirməyə çalışır.
YUĞ Teatrı yeni mövsümün açılışına hazırlaşır
Azərbaycan Dövlət YUĞ Teatrı 29-cu mövsümün açılışına hazırlaşır. “Olaylar” bildirir ki, kollektiv sentyabr ayının 20-də K.Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası mövsümü açıq elan edəcək. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibaşçısı isə Amid Qasımovdur. Tamaşada əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edir. Tamaşa saat 19.00-da başlayacaq.
Şimali Amerikada sunami həyacanı
ABŞ Geoloji Tədqiqatlar Mərkəzi Merksikanın paytaxtı Mexiko şəhərində 8 bal gücündə zəlzələ baş verdiyini bildirib. “Olaylar” bildirir ki, zəlzələnin episentri Pijijiapanın vilayətinin 33 kilometr dərinliyində qeyd alınıb. Rəsmilər zəlzələdən sonra Meksika, Honduras, Ekvador, Qvatemala, Nikaraqua, Panamada sunami ola biləcəyini açıqlayıblar.
Alan Kürdinin həyatı film oldu
Məşhur yazıçı Xalid Hüseyni Türkiyədən Yunanıstana keçməyə çalışarkən botunun çevrilməsi nəticəsində dənizə düşüb və həlak olan 3 yaşlı Alan Kürdiyə hekayə həsr edib. Yazıçı bu hekayəyə “Dəniz duası” (Sea Prayer) adını verib. Hekayənin motivləri əsasında film də çəkilib. Hazırda ABŞ-da yaşayan əfqanıstanlı mühacir yazıçı Alanın sahildəki cansız bədənini gördüyü andakı duyğularını belə ifadə edib:
Azərbaycan inciləri Vaşinqtonda
ABŞ-ın paytaxtında “Azərbaycan Xalçaları İncəsənəti” mövzusunda sərgi və ziyafət təşkil olunub. Azərbaycanın ABŞ-dakı Səfirliyindən “Olaylar” - abildirilib ki, səfirliyin və “Azərxalça” ASC birgə təşkilatçılığı ilə tədbir Orta Şərq İnstitutunun yerləşdiyi binada təşkil edilib. Vaşinqton şəhərinin mədəni həyatının əlamətdar hadisəsi olan bu tədbirdə səfirlər və diplomatik korpus nümayəndələri, dövlət qurumları, düşüncə mərkəzləri və QHT təmsilçiləri, habelə Vaşinqton ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Microsoft” şirkəti oktyabrın sonunda yeni kompüterini təqdim edəcək
“Microsoft” şirkəti gələn ay “Surface” istehsal xəttinə məxsus yeni qurğu təqdim edəcək. Təqdimat 31 oktyabr – 1 noyabr 2017-ci il tarixlərində “Future Decoded” illik konfransı çərçivəsində Londonda keçiriləcək. Tədbirdə “Surface”in direktoru Panos Panay çıxış edəcək.
Venera saat kimi hərəkət edir
Venera çox vaxt Yerin bacısı adlandırılır. Azərbaycan Milli Elmlər Akademiyasının Neft–Kimya Prosesləri İnstitutunun saytı xəbər verir ki, öz ölçüləri, xüsusi halda tərkibi ilə Venera mavi planeti xatırladır. Amma hər halda iki planetdə fərqlər oxşarlıqlardan çoxdur.













