Gündəm
Myanma ordusu müsəlmanlar olan qayığa atəş açdı
Myanma ordusu Naf çayı ilə Banqladeşə keçməyə cəhd edən Arakan ştatından olan müsəlmanlarla dolu qayığa atəş açıb. Çoxlu sayda ölən və yaralananlar var. Məlumata əsasən, atəş açılan zaman qayıq çevrildiyi üçün insanların əksəriyyəti boğularaq ölüb.
Nazirlik: Tovuzda zəhərlənməyə səbəb ev şəraitində hazırlanan yeməklər və salatlar olub
Səhiyyə Nazirliyi Tovuzda baş verən kütləvi zəhərlənməyə aydınlıq gətirib. Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovdeyib ki, hadisə ilə bağlı onlara məlumat verilib, fakt araşdırılır.
ATƏT PA-nın növbəti sessiyalarında Dağlıq Qarabağla bağlı müzakirələr olacaq
ATƏT Parlament Assambleyasının növbəti sessiyalarında Dağlıq Qarabağla bağlı müzakirələr və diskussiyalar olacaq. Bunu Azərbaycanda səfərdə olanATƏT PA sədri Kristina Muttonen deyib.
Məhkəmə "Nardaran işi” üzrə təqsirləndirilən şəxs barəsində ekspertiza təyin edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi” üzrə təqsirləndirilən Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxs Əbülfəz Bünyatovun səhhətində yaranan problemlə bağlı ekspertiza təyin edilməsinə qərar verilib. Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Sarkisyan nə prezident, nə də baş nazir olacaq
Ermənistanın daxili və xarici siyasətini müəyyən edən şəxslər 2018-ci ilin aprel ayında Serj Sarkisyanın prezident səlahiyyətlərinin müddəti bitdikdən sonra ölkənin baş naziri vəzifəsində kimin çalışacağı ilə bağlı yekun qərar qəbul edib.
Ermənistanda dəstə komandiri ağır yaralandı
Ötən gün Ermənistanın Fövqəladə Hallar Nazirliyinə daxil olan məlumata görə, Lori vilayətinin Cacur kəndinə yaxın dağ yamaclarında yanğın baş verib. Yanğının söndürülməsinə 85 kənd sakini, 15 polis əməkdaşı, 30 hərbi qulluqçu cəlb olunub. Yanğının söndürülməsi zamanı xilasetmə dəstəsinin komandiri Q.Voskanyan bilək və baş nahiyəsindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Gümrü tibb mərkəzinə aparılıb.
Azərbaycanda bəzi turistlər "qara siyahı"ya salınacaq
“Azərbaycan Turizm Assosiasiyası (AZTA) "qara siyahı"sını bərpa edəcək. Bu siyahıya bütün turizm sənayesi iştirakçıları – tələbləri pozan turizm şirkətləri, otellər, aviaşirkətlər və hətta arzuolunmaz turistlər də daxil ediləcək”.
Ermənistanda kəndlilər üsyan edirlər
Ermənstanda Armavir vilayətinin Sardarapat kənd sakinləri yerli hakimiyyət orqanlarına qarşı etiraz aksiyası keçirib. Buna səbəb son iki ay ərzində kəndin əkin sahələrinə suyun verilməməsidir. Kəndlilər deyir ki, hazırda 50-dək təsərrüfatın meyvə bağları susuzluqdan məhv olmaq üzrədir. Kəndlilər bu günə qədər öz sahələrini Axuryan su anbarından istifadə edərək sulayıblar. Lakin hazırda anbarda su yoxdur.
Azəriqızı Günel TANINMAZ HALDA
Türkiyədə yaşayan müğənni Günel Zeynalova dodaqlarını yenidən böyüdüb. 13 yaşında İbrahim Tatlısəs tərəfindən kəşf edilən və Türkiyədə müğənnilik karyerasına başlayan Günel Zeynalova yeni albomu üçün imicni dəyişdirib. Yeni albomu üçün imic dəyişdirən azəriqızı Günel məşhur aktrisa Birce Akalaya bənzərliyi ilə diqqət çəkib.
NATO və Rusiya generallarının qapalı Bakı görüşünün SİRRİ?
Dünən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda görüşdü.
Son illərin ən güclü geomaqnit qasırğası başladı
Əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiymətinin enməsinə və qasırğanın getidkcə zəifləməsinə baxmayaraq, hazırda müşahidə edilən qasırğa yenə də güclü sayılır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
Ceyhan limanından 2,5 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
2017-ci ilin avqust ayı ərzində 2 milyon 531 min 737 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 733 min 485 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edilib.
Keçən ay BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub
2017-ci ilin avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 484 min 700 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar- avqust aylarında bu kəmərlə 18 milyon 62 min 280 ton neft ötürülüb.Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 339 milyon 600 min 342 ton neft vurulub.
Azərbaycan-AYİB əlaqələri müzakirə edilib
Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadiyyat naziri, AYİB-də Azərbaycandan müdir Şahin Mustafayev ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycanla AYİB arasında əməkdaşlıq, AYİB-in maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən mövcud və prioritet layihələr, eləcə də əlaqələrin daha da dərinləşdirilməsinə dair müzakirələr aparılıb.
Rusiya aviasiyası İŞİD-in "müdafiə naziri"ni məhv etdi
Rusiya aviasiyasının Suriyanın Deyr-ez-Zor bölgəsində İŞİD terror qruplaşmasının nəzarət məntəqəsini bombalaması nəticəsində İŞİD-in “müdafiə naziri Gülmurad Xalilov məhv edilib.














