Ermənistanda dəstə komandiri ağır yaralandı

Ötən gün Ermənistanın Fövqəladə Hallar Nazirliyinə daxil olan məlumata görə, Lori vilayətinin Cacur kəndinə yaxın dağ yamaclarında yanğın baş verib.  Yanğının söndürülməsinə 85 kənd sakini, 15 polis əməkdaşı, 30 hərbi qulluqçu cəlb olunub. Yanğının söndürülməsi zamanı xilasetmə dəstəsinin komandiri Q.Voskanyan bilək və baş nahiyəsindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Gümrü tibb mərkəzinə aparılıb. 

Ötən gün Ermənistanın Fövqəladə Hallar Nazirliyinə daxil olan məlumata görə, Lori vilayətinin Cacur kəndinə yaxın dağ yamaclarında yanğın baş verib.  Yanğının söndürülməsinə 85 kənd sakini, 15 polis əməkdaşı, 30 hərbi qulluqçu cəlb olunub.
Yanğının söndürülməsi zamanı xilasetmə dəstəsinin komandiri Q.Voskanyan bilək və baş nahiyəsindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Gümrü tibb mərkəzinə aparılıb. 
Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndiriblər. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31