Məhkəmə "Nardaran işi” üzrə təqsirləndirilən şəxs barəsində ekspertiza təyin edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi” üzrə təqsirləndirilən Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxs Əbülfəz Bünyatovun səhhətində yaranan problemlə bağlı ekspertiza təyin edilməsinə qərar verilib. Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxs Əbülfəz Bünyatovun səhhətində yaranan problemlə bağlı ekspertiza təyin edilməsinə qərar verilib. Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Elxan İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib. O, 5 noyabr 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sabunçu rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Sonradan Sabunçu rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu rayon məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub- olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu rayon prokurorluğuna göndərilib. Elxan İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31