Gündəm
BŞBPİ-nin mətbuat xidmətinin rəhbərinin oğlu qızaya düşdü
Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb. Məlumata görə, sentyabrın 7-də axşam saatlarında “Subaru” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin ölməsi, üç nəfərin yaralanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Daha 65 əlilliyi olan şəxs istirahətə yola salınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq, daha 65 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasına yola salınıb. Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
QAT erməni deputatların Bakıya gəlişinə etiraz edir
Erməni deputatların sentyabrın 20-də Bakıya gələrək burada toplantıda iştirakı Azərbaycan xalqını növbəti dəfə ələ salmaqdır. Bunu Qarabağ Azadlıq Təçkilatının (QAT) lideri Akif Nağı deyib. Onun sözlərinə görə, erməni nümayəndələr sentyabrın 20-də Bakıda keçiriləcək Avronest parlament assambleyasının iclasında iştirak etmək istədiklərini bildiriblər: “Ermənilər bununla Azərbaycan xalqını növbəti dəfə ələ salırlar, demək istəyirlər ki, torpaqlarınızı işğal etmişik , körpələrinizi qətlə yetirmişik, qız-gəlinlərinizi əsirlikdə saxlayırıq və bütün bunlara baxmayaraq, heç nə olmamış kimi evlərinizə qonaq gəlirik. Onlar bununla hamımızı təhqir edirlər.
Nazir müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verdi
Sentyabrın 8 – də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşlarla görüşüb. Nazirlikdən “Olaylar” – a bildirilib ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-dan çox vətəndaşın müraciətinə baxılıb.
Azərbaycanlı “qanuni oğru”ların savaşı başladı
Azərbaycanlı “qanuni oğru”, “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılovun avqustun sonunda Abxaziyada güllələnməsi kriminal aləmdə yeni savaş yaradıb. Məlum olduğu kimi, “Gəncinski” Abxaziyanın Qudauti şəhərinə Azərbaycanın ən titullu “qanuni oğru” Nadir Səfilovun (“Lotu Quli”) tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə “Quli”yə yaxın olan “Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Nikolay Dqebuadzeyə dəstək vermək olub.
Xoşqədəm həkim səriştəsizliyinin "qurbanı oldu"
Tanınımış telejurnalist Xoşqədəm Baxşəliyeva həkim səriştəsizliyindən əziyyət çəkən növbəti məşhur olub. O, bu barədə "Instagram" səhifəsində məlumat yayıb. "Aylardır, diş ağrısından əziyyət çəkirdim. Hansı həkimə gedirdim, "problem yoxdur, soyuq nəsə içmisən" deyirdi. Dünən çəkilişdə dişim elə ağrıdı ki, işimi yarımçıq qoyub dostumun məsləhət gördüyü həkimə müraciət etdim. Getdim və qarşılaşdığım o dəhşətli görüntü fotodadır. Baxın!
İzzətin mühafizəçisinin döydüyü şəxsin vəziyyəti ölümcüldür
Biz İzzətin həbs olunmasını istəmirik. Bir tək istəyimiz var, yoldaşım sağalsın. Bu sözləri açıqlamasında müğənni İzzət Bağırovun işçilərinin döydüyü Aslanov Novruzovun həyat yoldaşı deyib. O bildirib ki, A.Novruzovun vəziyyəti ağır olaraq qalır: "Bizə dünən gəlib dedilər ki, istintaq getdiyinə görə, mətbuata açıqlama verməyin. Şəkillərdən görürsünüz ki, yoldaşımın vəziyyəti ağırdır. Hadisə baş verən gündən xəstəxanadayam. İzzət Bağırovun özü də gəlmişdi. Kömək təklif etdi, biz heç nə qəbul etmədik. Onlardan heç nə tələb eləmirik. Bir tək tələbimiz odur ki, yoldaşım sağalsın. Şikayət də etmirik. Allah özü bilən məsləhətdi. Allah özü onların cəzalarını versin. Son olaraq deyə bilərəm ki, yoldaşımın vəziyyəti elə ağır olaraq qalır".
Günahkar restorandır, yoxsa toy sahibi?
Ötən gün Tovuzda şadlıq sarayında baş verən kütləvi zəhərlənmə hadisəsinə restoran rəhbərliyi münasibət bildirib. Rəhbərlikdən bildirilib ki, zəhərlənmə hadisəsinin onlarla əlaqəsi yoxdur: "Bizdə restoranlar kirayəyə verilir. Yəni toy sahibi ərzaqları özü gətirir. Toy ötən gün günorta olub. Axşam saatlarında toyda iştirak edənlərin vəziyyəti pisləşib. Onlar dil və bağırsaq yeyiblər. İlkin olaraq güman edilir ki, zəhərlənmə bundan baş verə bilər".
“Çox ağır gün olacaq” - ABŞ müharibəyə hazır olduğunu BƏYAN ETDİ
Ağ Ev Şimali Koreyanın raket və nüvə proqramlarının dayandırılması üçün hərbi güc tətbiqini istisna etmir. Bu haqda Birləşmiş Ştatların prezidenti Donald Tramp bildirib. “Bu çox ağır gün olacaq, amma Amerika Silahlı Qüvvələri belə vəzifəni yerinə yetirməyə hazırdır”, - ABŞ prezidenti vurğulayıb. Dövlət başçısı həmçinin vurğulayıb ki, öz sələflərindən fərqli olaraq, Koreya Xalq Demokratik Respublikası barəsində ABŞ-ın xarici siyasət strategiyasının təfərrüatları açıqlamağa hazırlaşmır.
“Hindistan etnoqrafiyası” təqdim edildi
AMEA Mərkəzi Elmi kitabxanasına yenicə daxil olan Bəhmən Əliyev Ayvazalının iki cilddə tərtib olunmuş “Hindistan etnoqrafiyası” dərsliyi “Elm və təhsil” nəşriyyatında çap edilib. “Olaylar” bildirir ki, birinci cilddə Hindistanın “maddi mədəniyyəti” və ikinci cilddə “mənəvi nədəniyyəti” araşdırılıb. Dərsliyin elmi redaktoru AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Teymur Bünyadovdur.
ABŞ Qarabağla bağlı bu gün qərar verəcək
ABŞ Dağlıq Qarabağın minalardan təmizlənməsi üçün 1,5 milyon dollar vəsait ayıracaq. Bu təşəbbüslə Konqres üzvü Devid Valando çıxış edib. Konqres isə təklifi bəyənib. “Amerikanın səsi”nin məlumatına görə, məsələ bu gün səsverməyə çıxarılacaq.
Pozitiv düşünməyi alışqanlıq halına necə gətirmək olar?
Hər günün bir öncəkindən xoşbəxt keçməsini istəyirsən? Kim istəməz ki! Sən də daha xoşbəxt və hər gününü dolu-dolu yaşamaq istəyirsənsə müsbət düşünməyi bir vərdiş halına gətirməlisən. Xoşbəxt bir həyat yalnız müsbət düşüncə quruluşuyla əlaqədardır və inanıram ki, hər kəs ruhən, romantik mənada və zehni mənada özünü müsbət düşünməyə öyrədə, öz daxili gücünü artırıb daha xoşbəxt yaşamanın yollarını öyrənə bilər.
“Qarabağ” - “Roma” matçına 1 gündə 3 min bilet satılıb
Sentyabrın 7-si saat 17:00-dan etibarən Ağdamın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçın biletləri satışa çıxarılıb. İlk gündə təxminən 3 min bilet satılıb. Azarkeşlər biletləri satış məntəqələrindən və onlayn olaraq - iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Xınalığa dolu düşdü
Sentyabrın 7-si gündüzdən 8-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, düşən yağıntının miqdarı Böyük Qafqazda 3-50, Qazax-Gəncə zonasında 2-10, Kiçik-Qafqazda 9, Mərkəzi-Aran rayonlarında 1-8, Lənkəran-Astara zonasında 1-3, Bakıda və Abşeron yarımadasında 0.5-1 mm olub.
Sabahdan havalar istiləşəcək
Hazırda respublika ərazisində müşahidə edilən küləkli hava şəraiti axşam saatlarında nisbətən mülayimləşəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, artıq günorta saatlarında küləyin sürəti azalacaq.














