Gündəm

“Nəzir qutuları yığışdırılmalıdır”

8 Sentyabr 2017 13:46

Azərbaycanın istənilən bölgəsinə səfər edərkən yol boyu quraşdırılan nəzir qutularına rast gəlmək olar. Təbii ki, nəzir qutuları pirlərin, məscidlərin həyətində də quraşdırılır. Hər gün minlərlə insan axını müşayiət olunan yerlərdə nəzir qutularına atılan məbləğ də azlıq təşkil etmir. Anlayırıq ki, nəzir, ianə dinə xas məsələlərdəndir. Amma quraşdırlan nəzir qutularının hansı mexanizmlə işlədiyini bilmirik.

Sarkisyanın partiyası məktəblərdə homoseksuallığı təbliğ edir

8 Sentyabr 2017 13:43

Ermənistan parlamentinin Respublikaçı partiyasından olan millət vəkili Ruzanna Muradyan son günlər diqqət mərkəzindədir.  Məlumata görə, Ruzanna Muradyan nəzarətində olan ictimai təşkilat vasitəsilə “məktəblilər tərəfindən cinsi azlıqlara qarşı necə tolerantlıq nümayiş etdirməlidir” mövzusu haqda broşürlər hazırladıb.

Prezident: "Ermənistan danışıqlar prosesinin uzadılmasında maraqlıdır"

8 Sentyabr 2017 13:35

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul edib. ATƏT-in Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini deyən Kristin Muttonen qurumun bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğuladı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin də çox fəal işlədiyini, mühüm təşəbbüslər və qətnamələr irəli sürdüyünü qeyd etdi. ATƏT Parlament Assambleyasının sədri vəzifəsində Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən qonaq Prezident İlham Əliyevin təhsil müəssisələrinə göstərdiyi diqqətə toxunaraq məktəb və təhsillə bağlı məsələlərin ölkə üçün ən vacib məsələlər sırasında olduğunu qeyd etdi, ölkəmizdə bu istiqamətdə çox işlərin görülməsinin, o cümlədən yeni məktəblərin tikilməsinin önəmini vurğuladı.

Azərbaycan kiməsə görə öz dostundan imtina etməli deyil

8 Sentyabr 2017 13:31

Azərbaycanın son illər İsrail dövləti ilə qurduğu yüksək səviyyəli əməkdaşlıq nədənsə yaxın və uzaq ölkələri narahat edir. Hətta bir çox hallarda qonşu ölkələr birbaşa Azərbaycanın daxili işlərinə müdaxilə edərək Bakını Təl-Əvivlə əlaqələrdən çəkindirməyə çağırırlar. Xüsusilə, Bakı-Təl-Əviv əməkdaşlığından cənub qonşumuzun yersiz narahatçılığı özünü göstərir. Bu günlərdə yenə Iranın Ali dini rəhbərinin Şərqi Azərbaycan Ostanındakı nümayəndəsi Məhəmməd Əli Əlhaşım Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb.

Bakıda keçirilən NATO-Rusiya görüşü

8 Sentyabr 2017 13:27

Azərbaycan regiondakı nüfuzu, oynadığı rol, nümayiş etdirdiyi mövqeyinə görə, dünyanın əksər ölkələri tərəfindən cəlbeedici dpvlətə çevrilməkdədir. Təsadüfi deyil ki, məhz bütün bu qeyd edilən müsbət məqamlarına görə, dünya dövlətləri Cənubi Qafqazda Azərbaycanı özlərinə etibarlı tərəfdaşı kimi görmək istəyir, onunla əməkdaşlığı hər ötən gün bir qədər də inkişaf etdirməyə çalışırlar. Hətta bir sıra ölkələr üçün Azərbaycan regionda etibarlı strateji müttəfiq sayılır.

Putin İrəvana “desant” çıxartdı: “Mariott” otelində QAPALI TOPLANTI

8 Sentyabr 2017 13:20

Putin Rusiyadakı ermənilərindən ibarət “desant qüvvələri” İrəvana çıxarır. Bu günlərdə İrəvandakı “Mariott” otelində Rusiya sənaye və ticarət nazirinin birinci müavini Qleb Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə rus və erməni sahibkarlarının birgə toplantısı keçirilib. Ermənistan mediasının məlumatına görə, toplantı rəsmi xarakter daşısa da yarıqapalı olması ilə diqqət çəkib.

Malayziya: Myanma qaçqınlarını qəbul edəcəyik

8 Sentyabr 2017 13:17

Malayziya hökuməti ölkəyə dəniz yolu ilə gələn rohinca müsəlmanlarına sığınacaq verməkdən imtina etməyəcək. Bunu dövlət rəsmiləri bəyan edib.

""Qarabağ"ı yaxşı tanıyıram" - Braziliya millisinin sabiq üzvü

8 Sentyabr 2017 13:14

Çox çətin qrupa düşmüşük. Lakin biz öz gücümüzə bələdik.  Bunu "Roma"nın müdafiəçisi Juan Jesus deyib. İtaliya mətbuatına geniş müsahibə verən Braziliya millisinin sabiq üzvü "Roma"nın Çempionlar Liqasındakı şanslarını da dəyərləndirib. 26 yaşlı mərkəz müdafiəçisi "Çelsi", "Atletiko" və "Qarabağ"la birgə qərarlaşdıqları qrupdan çıxacaqlarına inanır.

Ermənistanda da biznesi olan azərbaycanlı Mülkədar batır

8 Sentyabr 2017 13:12

Rusiyadanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən "Baltqaz" şirkətlər qrupu müflis olur. Bu şirkətlər qrupunun sahibi Peterburqda tanınmış adam olan azərbaycanlı Mülkədar Vəliyevdir. Mülkədar Vəliyev 2010-cu ilə qədər "AzərRos"un Sankt-Peterburq şöbəsinə rəhbərlik edib, diasor fəaliyyəti ilə məşğul olub. 2011-ci ilə qədər "Qazprom" şirkətinin maşınqayırma ilə məşğul olan törəmə şirkətinə başçılıq edib, paralel olaraq özünün "Baltik qaz şirkəti"ni qurub. 2014-cü ildə bu şirkətin dövriyyəsi 1.9 milyard rubla çatmışdı və Mülkədar öz biznesinin sayəsində pis yaşamırdı. O, varlıların yaşadığı Sestroreçsk rayonunda özünə malikanə tikdirib, keçmiş müdafiə naziri Anatoli Serdyukovun qohumları ilə qonşudur. Habelə hakim "Vahid Rusiya" partiyasının Kurort rayonu üzrə icraiyyə komitəsinin rəhbəridir.

İslamda vərəsəlik

8 Sentyabr 2017 13:10

Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bəs görək, yaranan mübahisələrin qanunvericilikdə və dinimizdə həlli yolları necədir? Misal üçün fiziki şəxsin ölümündən sonra onun malik olduğu əmlakın sonrakı hüquqi vəziyyətinin qanunvericiliklə və müqəddəs kitabımız olan “Qurani Kərim”də hansı qaydalar üzrə tənzimlənir?  Vəkil Rövşən Qasımov deyir ki, mövcud qanunvericiliyə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

“Uzbegim” ənənəvi mədəniyyət festivalında Azərbaycan nümayəndələri də iştirak edir

8 Sentyabr 2017 13:08

Sentyabrın 8-də Daşkənddə “Uzbegim” ənənəvi mədəniyyət festivalı keçirilir. Tədbirdə bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Festivalda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov təmsil edir.

Türkiyədə gözlənilməz iddia: 15 iyul çevrilişi MİT-dən idarə olunurmuş

8 Sentyabr 2017 12:57

Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdini təşkil etməkdə təqsirləndirilən Akın Öztürkün kürəkəni Hakan Karakuş məhkəmədə şok iddia ortaya atıb.  Hakan Karakuş çevriliş əmrini Milli Kəşfiyyat Təşkilatından (MİT) aldıqlarını bildirib. H.Karakuş MİT-dən K.G. adlı şəxsin çevrilişi idarə etdiyini söyləyib: "Biz K.G. adlı şəxsin göstərişlərini icra edirdik. Səhərə yaxın çevriliş cəhdinin baş tutmadığı aydınlaşanda, K.G. bizə mesaj ataraq bildirdi ki, "hamınızın sonu çatıb, cəzanızı çəkəcəksiniz". Şok olmuşduq, heç nə anlaya bilmirdik".

Əvvəl məsciddə namaz qıldı, sonra da oğurluq etdi - VİDEO

8 Sentyabr 2017 12:56

Məsciddən ayaqqabı aparan oğru kameraya düşüb. Hadisə ötən gün günorta vaxtı İstanbulun Fatih rayonundakı məscidlərin birində baş verib. Əvvəlcə günorta namazı qılan şəxs namazdan sonra ayaqqabı oğurlayıb.

"Qarabağ"ın ilk 3 oyununun vaxtı açıqlandı

8 Sentyabr 2017 12:54

UEFA Gənclər Liqasının qrup mərhələsində 1-ci dövrənin təqvimi açıqlanıb. Azərbaycan çempionu "Qarabağ"ın U-19 komandasının da ilk üç oyununun təqvimi müəyyənləşib. 

Ehtiyatlı olun: Günəşdə üçüncü partlayış

8 Sentyabr 2017 12:53

Bu gün Bakı vaxtı ilə saat 12 radələrində Günəşdə daha bir güclü partlayış olub.  Son 3 gündə Günəşdə artıq 3 partlayış olub və onların hamısı Günəş aktivliyi şkalası ilə "X" səviyyədə, yəni ən güclü həddədir.