Azərbaycan kiməsə görə öz dostundan imtina etməli deyil

Azərbaycanın son illər İsrail dövləti ilə qurduğu yüksək səviyyəli əməkdaşlıq nədənsə yaxın və uzaq ölkələri narahat edir. Hətta bir çox hallarda qonşu ölkələr birbaşa Azərbaycanın daxili işlərinə müdaxilə edərək Bakını Təl-Əvivlə əlaqələrdən çəkindirməyə çağırırlar. Xüsusilə, Bakı-Təl-Əviv əməkdaşlığından cənub qonşumuzun yersiz narahatçılığı özünü göstərir. Bu günlərdə yenə Iranın Ali dini rəhbərinin Şərqi Azərbaycan Ostanındakı nümayəndəsi Məhəmməd Əli Əlhaşım Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb.

Rövşən Məmmədli: "Türkiyə və Pakistandan sonra Azərbayaycanın haqq işini dünyada dəstəkləyən, ona öz ərazi bütövlüyünü bərpa etmək üçün kömək edən üçüncü dövlət məhz İsrail dövlətidir"

Azərbaycanın son illər İsrail dövləti ilə qurduğu yüksək səviyyəli əməkdaşlıq nədənsə yaxın və uzaq ölkələri narahat edir. Hətta bir çox hallarda qonşu ölkələr birbaşa Azərbaycanın daxili işlərinə müdaxilə edərək Bakını Təl-Əvivlə əlaqələrdən çəkindirməyə çağırırlar. Xüsusilə, Bakı-Təl-Əviv əməkdaşlığından cənub qonşumuzun yersiz narahatçılığı özünü göstərir. Bu günlərdə yenə Iranın Ali dini rəhbərinin Şərqi Azərbaycan Ostanındakı nümayəndəsi Məhəmməd Əli Əlhaşım Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb. Təbrizdə İslam ölkələri KİV nümayəndələri ilə görüşən Əlhaşimi bəyan edib ki, bəzi qüvvələr İranla Azərbaycanı bir-birindən uzaqlaşdırmağa çalışır. Buna görə də biz Azərbaycanı çağırırıq ki, düşmənlərin hiylələrindən çəkinsin. O, həmçinin bildirib ki, KİV ölkələri yaxınlaşdıra bilər: "İsrail müsəlmanlar üçün qırmızı xəttdir və biz Azərbaycanı çağırırıq ki, İsraillə münasibətlərin qurulması üzrə heç bir hərəkətə yol verməsin. Azərbaycan İsraildə səfirlik açmaq istəyir, lakin o,bunu etməməlidir." 
Məsələ ilə bağlı fikirlərini bölüşən müstəqil ekspert Rövşən Məmmədlinin sözlərinə görə, bu çağırışa diqqət edəndə əslində cənab Əlhaşimi sətiraltı Azərbaycan dövlətinə xəbərdarlıq edir ki, İsraildə səfirlik açmasın: "Hətta İran təbliğatına sadiq qalaraq bunu "düşmənlərin İranla-Azərbaycanı" bir-birindən uzaqlaşdırmaq hiyləsi kimi qiymətləndirir. Ən pisi isə odur ki, cənab Əlhaşımı bütün müsəlman dövlətlərinin daxili işinə müdaxilə edərək İsraili bütün müsəlman dövlətləri üçün "qırmızı xətt" adlandırır. Yəni heç bir müsəlman dövləti İsraillə heç bir əlaqə qurmamalıdır. Bu danılmaz faktdır ki, Azərbaycan dövləti və xalqıda digər müsəlman xalqları kimi İsrail dövlətinin fələstinli müsəlman qardaşlarımıza etdiyi zülm və haqsızlığı qəbul etmir, həmişə haqsızlığa; zülmə məruz qalan fələstinliləri müdafiə edir. İsrailin bu yolverilməz hərəkətlərinə, beynəlxalq hüququ saymazyana pozmasına etiraz edirik. Hansı ki, fələstinlilər erməni yalan təbliğatına məruz qalıb bizim Qarabağ problemimizi heç müdafiə də etmir, bəzi liderləri hətta erməniləri müdafiə edən bəyanatlarda verirlər. Hesab edirəm iran bunu görməmiş deyil və buna görə də Azərbaycana hörmətlə yanaşmalıdır. Ancaq biz onu da yaxşı görürük ki, İran dövlətində İsrailə, Yəhudi xalqına qarşı bir əsassız nifrət var. Daim İran İsraili hədələyir, "yer üzündən siləcəyi" kimi sərsəm fikirlər səsləndirir. Elə olan halda nə Azərbaycan dövləti, nə də azərbaycanlılar axmaq deyillər ki, İranın belə bir sərsəm mövqeyini kor-korana müdafiə etsinlər. Fikrimcə Azərbaycan bu gün İsraillə saxladığı.qurduğu əlaqələrdə tamamilə haqlıdır və burada nə isə axtarmaq lazım deyil. Kimsə unutmamalıdır ki, yəhudilər də bütün insanlar kimi Tanrımızın yaratdığı varlıqdırlar və onlarda hamı kimi yer üzündə təbii hüquqlara malikdirlər. Əgər İran hesab edirsə İsrail dövləti qanunsuz yaradılıb, onda İsrail dövlətinə yox, onu yaradan razılaşmaya "hücum" etməli, onun yanlış olduğunu sübut etməlidir. Əgər İran dövləti İsrailin 1949-cu ildə Fələstin ərazisində yaradılması zamanı əldə etdiyi sərhədləri aşıb Fələstin xalqına öz dövlətini qurmaq üçün ayrılmış əraziləridə işğal etməsinə etiraz edirsə, bu başa düşüləndir. Ancaq bu etiraz düşmənçilik psixalogiyası ilə edilməməli, İsraili beynəlxalq hüquqa əməl etməyə çağırmaqla həyata keçirilməlidir. İsrail bunu etməzsə onda ona müəyyən iqtisadi təzyiqlər göstərmək, müəyyən qadağalar qoymaq olar. Yoxsa durub bütün müsəlman dünyasını balaca bir İsrailə qarşı qoymağa çalışmaq heç nəyi həll etməyəcək". Ekspert qeyd edib ki, belə olarsa İsraildə özünü müdafiə edən addımlar atmağa məcbur olacaq: "Bu gün İsrailin yüksək inkişafı və ən müasir silahlara malik olması da bunun təsdiqidir. İranın İsrailə qarşı apardığı siyasət tamamilə yanlış bir siyasət olub,məqsədi də çox qaranlıqdır. Ən azından hesab etmək olar ki, İran şərqdə, xüsusilə bölgədə tək lider dövlət olub, digərlərinə basqılar etmək istəyindədirsə, bu da qəbuledilməz haldır.Cənab Əlhaşimi KİV nümayəndələrinə Azərbaycanla İranı yaxınlaşdırmaqda mühüm rol oynaya bilərlər deməklə elə özü də bilmədən bu gün İranla Azərbaycanın yaxın olmadıqlarını təsdiqləyir. Hansı ki, elə cənab Əlhaşimidə daxil olmaqla bütün Cənubi Azərbaycanda yaşayanlar bizim qan qardaşlarımız, gözümüz, ürəyimizdilər. Qanı bir, dili bir, diləyi bir soydaşlarımızdır. Biz nədən ayrı olmalıyıq, niyə biri-birimizdən "uzaq" olmalıyıq". Rövşən Məmmədli deyib ki,Türkiyə və Pakistandan sonra Azərbayaycanın haqq işini dünyada dəstəkləyən, Azərbaycana dost münasibəti bəsləyən, ona öz ərazi bütövlüyünü bərpa etmək üçün kömək edən üçüncü dövlət məhz İsrail dövləti və Yəhudi xalqıdır: "İndi biz kiminsə istəyi ilə dünyada üçüncü dostumuzdan imtina etməliyikmi? İsraildə səfirlik açıb-açmamaq Azərbaycan dövlətinin və xalqının daxili işidir və istəyidir. Əgər Siz Azərbaycan dövlətinin və xalqının maraqlarından çıxış edib Ermənistanla ilişgilərinizə son qoyub,torpaqlarımızı geri qaytarmaq üçün sözdə yox əməldə arxamızda olsanlız.onda bizdə Sizin maraqlarınızı nəzərə alarıq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31