Ehtiyatlı olun: Günəşdə üçüncü partlayış

Bu gün Bakı vaxtı ilə saat 12 radələrində Günəşdə daha bir güclü partlayış olub.  Son 3 gündə Günəşdə artıq 3 partlayış olub və onların hamısı Günəş aktivliyi şkalası ilə "X" səviyyədə, yəni ən güclü həddədir.

Bu gün Bakı vaxtı ilə saat 12 radələrində Günəşdə daha bir güclü partlayış olub.  Son 3 gündə Günəşdə artıq 3 partlayış olub və onların hamısı Günəş aktivliyi şkalası ilə "X" səviyyədə, yəni ən güclü həddədir. Son 12 ildə iki ən güclü partlayış Günəşdə sentyabrın 6 və 7-də baş verib. Sonucda Günəşdə iki ləqə sahəsi birləşib. Günəşdəki partlayışlar və geomaqnit aktivliyinin, habelə şüalanmanın güclənməsi insan orqanizmi üçün təhlükəlidir.Bu səbəbdən meteohəssas insanların ehtiyatlı davranmaları gərəkdir.  Milli.az CNN-ə i stinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31