Malayziya: Myanma qaçqınlarını qəbul edəcəyik
Malayziya hökuməti ölkəyə dəniz yolu ilə gələn rohinca müsəlmanlarına sığınacaq verməkdən imtina etməyəcək. Bunu dövlət rəsmiləri bəyan edib.
8 Sentyabr 2017 13:17 DünyaMalayziya hökuməti ölkəyə dəniz yolu ilə gələn rohinca müsəlmanlarına sığınacaq verməkdən imtina etməyəcək. Bunu dövlət rəsmiləri bəyan edib.
Qeyd olunur ki, yaxın həftələrdə və aylarda Malayziyaya Myanmadan qaçqın axını gözlənilir. Malayziya hökuməti onların sığınacaqla təmin olunacağını bildirib.
Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin "təhlükəsizlik əməliyyatı" zamanı 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31