Türkiyədə gözlənilməz iddia: 15 iyul çevrilişi MİT-dən idarə olunurmuş

Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdini təşkil etməkdə təqsirləndirilən Akın Öztürkün kürəkəni Hakan Karakuş məhkəmədə şok iddia ortaya atıb.  Hakan Karakuş çevriliş əmrini Milli Kəşfiyyat Təşkilatından (MİT) aldıqlarını bildirib. H.Karakuş MİT-dən K.G. adlı şəxsin çevrilişi idarə etdiyini söyləyib: "Biz K.G. adlı şəxsin göstərişlərini icra edirdik. Səhərə yaxın çevriliş cəhdinin baş tutmadığı aydınlaşanda, K.G. bizə mesaj ataraq bildirdi ki, "hamınızın sonu çatıb, cəzanızı çəkəcəksiniz". Şok olmuşduq, heç nə anlaya bilmirdik".

Hakan Karakuş müdafiəsinin sonunda deyib ki, qayınatası Akın Öztürkün çevrilişdə əli yoxdur: "Qayınatamın heç bir günahı yoxdur". Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31