Gündəm

Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs tutulub

8 Sentyabr 2017 15:03

Qaradağ rayonu ərazisindəki evlərdən birindən 10 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da rayon ərazisindəki evlərdən birindən 10min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Samir Səlimov tutulub. Ondan 0,255 qram heroin götürülüb.

UNICEF həyacan təbili çalır

8 Sentyabr 2017 15:00

UNICEF Nigeriyanın şimal – şərqində  xolera epidemiyasından ilə əziyyət çəkən 1,4 milyon insanın həyatı üçün həyacan təbili çalır. “Olaylar” bildirir ki, bölgədə xolera epidemiyasından həlak olanların sayı 28 - ə çatıb. UNICEF "Nigeriyanın şimal-şərqində 1,4 milyon insan yaşayır və 5 yaşdan kiçik uşaqları da daxil olmaqla 350 uşağın həyatı təhlükədədi", deyə açıqlama verib.

Həmyerlisini ov tüfəngi ilə vurdu

8 Sentyabr 2017 14:59

Sabunçu rayon sakini həmyerlisinə tüfəngdən atəş açaraq xəsarət yetirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib.

Neftçalada 19 kəndi birləşdirən avtomobil yolunun tikintisi yekunlaşır

8 Sentyabr 2017 14:56

Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən “Azəravtoyol” ASC tərəfindən işlər yüksək keyfiyyətlə davam etdirilir. Artıq bu istiqamətdə aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yolun 42 km-lik hissəsi artıq asfaltlanıb. Digər ərazilərdə yol əsasının inşası və buna paralel olaraq asfaltlanma işləri davam etdirilir. Bu işlərin də yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Ümumilikdə yolun 385 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

8 Sentyabr 2017 14:53

Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıya səfər ediblər.  Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, nümayəndə heyətinin tərkibində Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, rayon Gənclər və İdman İdarəsinin rəhbər heyəti, M.Ə.Rəsulzadə və Binəqədi rayon bələdiyyələrinin sədrləri, rayonda fəaliyyət göstərən bir neçə sahibkar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin nümayəndəsi və Aprel şəhidləri Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynləri olublar.      

8 ay ərzində toksikoloji şöbəyə 1391 müraciət daxil olub

8 Sentyabr 2017 14:51

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov qarşıdan gələn payız-qış mövsümündə digər toksiki zəhərlənmələr arasında daha çox rast gəlinən dəm qazı ilə zəhərlənmələrininn baş verməməsi üçün müəyyən məsləhətlər verib. Azər Maqsudov qeyd edib ki, bu cür halların baş verməməsi üçün su qızdırıcı cihazlardan, isitmə avadanlığından istifadə edərkən təhlükəsizlik tələblərinə əməl etmək lazımdır. Qapalı şəraitdə və hamam otağında təbii qazdan istifadə zamanı həmişə dəm qazı yaranması və hadisə törətməsi təhlükəsi var.

Azərbaycanda xarici valyuta ilə alış-veriş etmək qadağandır

8 Sentyabr 2017 14:47

Ölkənin bir sıra ticarət şəbəkələrində, xüsusən telefon satışı ilə məşğul olan firmalar daxili bazarda xarici valyuta ilə alış-veriş edirlər. Maraqlıdır, daxili bazarda xarici valyuta ilə alış-veriş etmək nə dərəcədə qanunauyğundur? Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentindən bildirilir ki, Azərbaycan Respublikasının pul vahidi manatdır, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Prezident göstəriş verdi – Myanma müsəlmanlarına yardım göndərilir

8 Sentyabr 2017 14:39

Azərbaycan Rohinca müsəlmanlarına yardım göndərir. Bu haqda Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a bildirilib.  Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohinca müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən humanitar yardım göndərilir. Humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohinca müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir. Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Gürcüstanın Müdafiə Nazirliyi Ermənistanı ifşa etdi

8 Sentyabr 2017 14:36

Gürcüstanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin "NATO Agile Spirit 2017" təlimləri ilə bağlı iddialarına münasibət bildirib. Nazirliyin bu gün yaydığı xəbərdə bildirilib ki, Ermənistanın Müdafiə Nazirliyi bu ilin iyul ayında təlimlərdə iştirak edəcəyini təsdiqləyib. Ermənistan qabaqcadan razılıq versə də, son anda NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlərdən imtina edib. 

Rusiya və NATO generallarının Bakıda görüşü nədən xəbər verir?

8 Sentyabr 2017 14:33

Artıq Azərbaycan dünyada cərəyan edən proseslərin, beynəlxalq münaqişələrin müzakirə edildiyi məkana çevrilib. NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün Bakıda keçirilməsi buna bariz nümunədir. Xatırladaq ki, bundan əvvəl Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri Bakıda görüşmüşdülər.

“The Guardian”dakı saxta məlumatlar müttəfiqlərimizə təzyiqdir

8 Sentyabr 2017 14:19

“The Guardian” nəşrində Azərbaycanla Rusiya arasında silah sövdələşməsinə dair saxta məlumatların dərc olunması Rusiyanın müttəfiqlərinə təzyiqin gücləndirilməsi kimi qiymətləndirilməlidir.

ABŞ-da Azərbaycana sanksiya tətbiq etmək istəyənlər kimlərdir...

8 Sentyabr 2017 14:17

Sentyabrın 7-də ABŞ senatoru Dik Durbin belə bir təşəbbüslə çıxış edib ki, “Turan” İnfromasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinə görə məsuliyyət daşıyan rəsmilərə sanksiya tətbiq olunsun. O, bununla bağlı sənədi Senata təqdim edib.

Xaçmazda evləri su basdı: sakinlər təxliyə edildilər

8 Sentyabr 2017 14:15

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Qarğalıq kəndində yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub.

Moskva vilayətində kinoteatr çökdü - Yaralılar var

8 Sentyabr 2017 13:57

Moskva vilayətinin Balaşixa qəsəbəsində kinoteatr divarının çökməsi nəticəsində 10 nəfər yaralanıb. Yaralılardan 3 nəfəri, o cümlədən bir uşaq xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Doğmalarımızı unutmuşuq... - Nigar Adil

8 Sentyabr 2017 13:51

Sosial şəbəkələr həyatımıza elə daxil olub ki, artıq hər kəs internetsiz bir dövr arzulayır. Və bəzən də nostaljiyə qapılır. İnternetsiz həmin illəri yenidən yaşamaq üçün sosial şəbəkə hesablarından qısa müddətli də olsa imtina etməyə çalışırlar. Amma çoxları bunu bacarmır.