8 ay ərzində toksikoloji şöbəyə 1391 müraciət daxil olub

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov qarşıdan gələn payız-qış mövsümündə digər toksiki zəhərlənmələr arasında daha çox rast gəlinən dəm qazı ilə zəhərlənmələrininn baş verməməsi üçün müəyyən məsləhətlər verib. Azər Maqsudov qeyd edib ki, bu cür halların baş verməməsi üçün su qızdırıcı cihazlardan, isitmə avadanlığından istifadə edərkən təhlükəsizlik tələblərinə əməl etmək lazımdır. Qapalı şəraitdə və hamam otağında təbii qazdan istifadə zamanı həmişə dəm qazı yaranması və hadisə törətməsi təhlükəsi var.

Şöbə müdiri əlavə edib ki, ilin səkkiz ayında toksikoloji şöbəyə 1391 müraciət daxil olub. Onlardan 165 nəfəri dəm qazı, 56 nəfər spirtli içki, 244 nəfər dərman, 6 nəfər göbələk zəhərlənmələri, 83 nəfər ilan, 4 nəfər qaraqurd sancması ilə əlaqədar olmuşdur. Daxil olan vətəndaşlara zəruri müalicə tədbirləri keçirilmiş və evə buraxılmışlar.
A.Maqsudov ayrı-ayrı bölgələrdən, o cümlədən Hacıqabul, Şamaxı, Yevlax, Bərdə, Tovuz, Şəmkir, Qazax, Astara və Lənkəran rayonlarından toksiki zəhərlənmə nəticəsində onlara müraciət edən xəstələrin olduğunu bildirdi. İl ərzində toksikoloji şöbəyə təxminən 120-140 azyaşlı uşaq qəbul edilir. Valideynlər uşaqları nəzarətsiz qoymamalı və çalışmalıdırlar ki, evdə onların istifadə etdikləri diabet, hipertoniya və digər xəstəliklərlə əlaqədar dərmanlar uşaqlar üçün əlçatan şəraitdə olmasın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31