Neftçalada 19 kəndi birləşdirən avtomobil yolunun tikintisi yekunlaşır
Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən “Azəravtoyol” ASC tərəfindən işlər yüksək keyfiyyətlə davam etdirilir. Artıq bu istiqamətdə aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yolun 42 km-lik hissəsi artıq asfaltlanıb. Digər ərazilərdə yol əsasının inşası və buna paralel olaraq asfaltlanma işləri davam etdirilir. Bu işlərin də yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Ümumilikdə yolun 385 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.
8 Sentyabr 2017 14:56 SosialNeftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən "Azəravtoyol" ASC tərəfindən işlər yüksək keyfiyyətlə davam etdirilir. Artıq bu istiqamətdə aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yolun 42 km-lik hissəsi artıq asfaltlanıb. Digər ərazilərdə yol əsasının inşası və buna paralel olaraq asfaltlanma işləri davam etdirilir. Bu işlərin də yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Ümumilikdə yolun 385 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi üçün müxtəlif ölçülü 76 ədəd dəmir-beton su borusu quraşdırılıb, su keçidləri inşa edilib. Tikinti işləri tam olaraq bitəndən sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, yolun tikintisi ilə Neftçala şəhəri də daxil olmaqla 19 kənd və 1 qəsəbənin 37 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.