Gündəm

Spiker: “Danışıqlar prosesi sonsuz davam edə bilməz”

8 Sentyabr 2017 15:59

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) sədri xanım Kristin Muttonenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT PA arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dərslər sentyabrın 18-dən başlayacaq?

8 Sentyabr 2017 15:52

Təhsil Nazirliyi orta məktəblərdə həftənin cümə gününə düşdüyü üçün dərslərin sentyabrın 15-dən deyil, sentyabrın 18-dən - bazar ertəsi günündən başlanılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.

Ölüm qasırğası: təhlükədən necə qorunmalı?

8 Sentyabr 2017 15:45

Bir neçə gündür ki, yer üzərində güclü geomaqnit həyəcanlaşması baş verir. Mütəxəssislər isə bu maqnitləşmənin hələ qarşıdan gələn günlərdə də davam edəcəyini bildirib. Bəs, görəsən, bu maqnit qasırğası insanların səhhətinə necə təsir edir? Bunun mənfi təsirlərindən qorunmaq üçün hansı tədbirlərdən istifadə etmək lazımdır?

Moldova prezidenti nazir müavininin təcili istefasını tələb etdi

8 Sentyabr 2017 15:42

Moldova prezidenti İqor Dodon milli orduya xaricdə istənilən hərbi təlimlərdə iştirak etməyi qadağan edib və müdafiə nazirinin müavini Qeorgi Qalburun tez bir zamanda istefasını tələb edib. 

Əmək Nazirliyi əlilliyi olan şəxsləri 20128 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edib

8 Sentyabr 2017 15:40

Cari ilin 8 ayı ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 20128 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar.

Soydaşımız Yeni Zelandiyada parlament seçkilərində iştirak edəcək

8 Sentyabr 2017 15:30

Yeni Zelandiyada yaşayan soydaşımız Tofiq Məmmədov sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacaq. T. Məmmədovun namizədliyi Yeni Zelandiyanın Leyboristlər Partiyası tərəfindən irəli sürülüb. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.

Səfir Ramin Həsənov: “Azərbaycan və alman xalqlarının dostluğu zəngin tarixə söykənir”

8 Sentyabr 2017 15:30

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “Business & Diplomacy” jurnalının “Səfirlə söhbət” (“Botschafter-Gespärch”) silsiləsindən növbəti qonağı olub. Səfir jurnalın baş redaktoru Rayner Şubertin, tədbir iştirakçılarının Azərbaycana aid suallarını cavablandırıb. “OLAYLAR”-ın xəbərinə görə, Ramin Həsənov Azərbaycanda alman məskənlərinin salınmasından da söhbət açıb.

Roma Papasının təyyarəsi istiqamətini dəyişdi - "İrma"ya görə

8 Sentyabr 2017 15:28

Roma Papası I Fransiskin Kolumbiyaya səfəri zamanı onun olduğu təyyarə "İrma" qasırğasına görə istiqamətini dəyişməli olub. Təyyarə paytaxt Boqota hava limanında eniş edib.

12 rayonun bələdiyyə xəritəsi hazırlanır

8 Sentyabr 2017 15:26

Torpaqların Elektron Kadastr Uçotu işlərinin məlumatları əsasında respublika üzrə yeni bələdiyyə xəritələri hazırlanır. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə,  görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı Cəlilabad rayonunda regional maarifləndirici forum keçirilib.

Azərbaycan qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilir

8 Sentyabr 2017 15:19

Azərbaycanın artan siyasi və iqtisadi gücü, regiondakı nüfuzu, ən əsası Cənubi Qafqazdakı liderləri dünyanın güc mərkəzlərinin, ayrı-ayrı dövlətlərin diqqətini istər-istəməz Bakıya yönəldir. Son illərdə ölkəmizin mühüm əhəmiyyətli tədbirlərə, müzakirələrə evsahibliyi etməsi də məhz bu göstəricilərdən irəli gəlir.

Sadıq Elcanlı yazır... Öz yolunun sahibi Sahib

8 Sentyabr 2017 15:13

   Telefonum zəng çaldı. Köhnəlməyən köhnə dostlarımdan biri idi. – Bu günlərdə 70 yaşım tamam olur, - dedi və susdu; əzəli-əbədi dağlar, daşlar, gəldi-gedər buludlar, axıb tükənməyən çaylar kimi susdu...

Azərbaycan dövləti azad medianın inkişafında maraqlıdır

8 Sentyabr 2017 15:11

Bu gün müstəqil Azərbaycanda söz və ifadə azadlığı yüksək səviyyərə təmin olunur. Etiraf edilməlidir ki, Azərbaycanda demokratiyanın təməl prinsiplərindən olan söz və mətbuat, informasiya əldə etmək, sərbəst toplaşmaq kimi azadlıqların təmin olunması sahəsində atılan addımlar bir sıra ölkələr üçün örnək hesab oluna bilər.

“KamAZ” piyadanı vurub öldürdü

8 Sentyabr 2017 15:08

Sabunçu qəsəbəsi ərazisində “KamAZ” markalı avtomobillə paytaxt sakini Q.Əliyeva vurulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, cari il iyul ayının 5-də Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Elnur Yunusov idarə etdiyi “KamAZ” markalı avtomobillə paytaxt sakini Qəmərzə Əliyevanı vurub. Belə ki, qadın sentyabrın 7-də yaşadığı evdə ölüb. Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Motosiklet oğrusu yaxalandı

8 Sentyabr 2017 15:05

Bakı şəhər sakininə məxsus motosikleti oğurlamaqda şübhəli bilinən paytaxt sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə iyunun 30-da Bakı şəhər sakini Fərid Məmmədova məxsus “Haojue” markalı motosikleti oğurlamaqda şübhəli bilinən paytaxt sakini Rasim Abdurəhmanov tutulub.

Qaz sayğaclarına qənimi ələ keçib

8 Sentyabr 2017 15:04

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxs Qaradağ rayonu ərazisindəki 4 evdən qaz sayğaclarını oğurlaması müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Sənan Abbasovun ətrafında Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin iyul-avqust ayları ərzində rayon ərazisindəki 4 evdən qaz sayğaclarını oğurlaması müəyyən edilib.