12 rayonun bələdiyyə xəritəsi hazırlanır

Torpaqların Elektron Kadastr Uçotu işlərinin məlumatları əsasında respublika üzrə yeni bələdiyyə xəritələri hazırlanır. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə,  görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı Cəlilabad rayonunda regional maarifləndirici forum keçirilib.

Torpaqların Elektron Kadastr Uçotu işlərinin məlumatları əsasında respublika üzrə yeni bələdiyyə xəritələri hazırlanır. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə,  görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı Cəlilabad rayonunda regional maarifləndirici forum keçirilib. Forumda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin qurulması, habelə bu işlərin Cəlilabad rayonunda yekunlaşması ilə bağlı təqdimatla çıxış edib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin torpaqların dəqiq uçotu, torpaq idarəçiliyi və inzibatçılığında yeni çağırışların və müasir yanaşmaların tətbiqi ilə bağlı verdiyi 7 mart 2016-cı il tarixli Fərmanından bəhs olunub. Bildirilib ki, Fərmandan irəli gələn tapşırıqların icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri uğurla həyata keçirilir. Həmin Fərmanın rayonda da icrası ilə əlaqədar olaraq dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri həyata keçirilib. Bildirilib ki, artıq respublikanın 12 rayonunda torpaqların elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə yeni bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıbdır. Belə ki, dəqiq torpaq uçotu məlumatları əsasında Sumqayıt və Gəncə şəhərlərinin, Xızı, Abşeron, Salyan, Ağsu rayonlarının ərazilərindəki bütün bələdiyyələrin ərazilərinin xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bakı şəhəri üzrə bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşmaq üzrədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31