Gündəm
Qalmaqallı “26” restoranı sökülür – Fotolar/Yeniləndi
Köhnə “26-lar” bağı, indiki “Sahil” bağının ərazisində yerləşən “26” restoranının qarşısında hazırda söküntü işləri gedir. Söküntünün kim tərəfindən və niyə həyata keçirilməsi hələ ki, araşdırılır.
Bakıda 40 məktəbdə müasir tipli hərbi kabinet yaradılıb
Növbəti dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey üçün yeni bina inşa olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, 306 nömrəli tam orta məktəbin yeni binasının tikintisi davam etdirirlir. 67, 75, 257 nömrəli tam orta məktəblər üçün yeni korpus tikintisi başa çatdırılıb. 171 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olan korpusları yenidən qurulur. 10, 74, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir olunub. Daha 84 məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri görülüb. Hazırda 10 məktəbdə bu istiqamətdə işlər aparılır.
Medvedev bəzi peşələri “ölümə” hazır olmağa çağırdı
Rəqəmli iqtisadiyyatın inkişafı bəzi peşələri tamamilə “öldürə" bilər”. Bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev xəbərdarlıq edib. “Texnologiya transformasiyası yalnız əmək məhsuldarlığının artmasına gətirib çıxarmayacaq, həm də bəzi peşələri “öldürə” və insanların gəlirlərinin polyarlaşması risklərini gücləndirə bilər", - Medvedev Moskva maliyyə forumunda çıxışında deyib.
Yeniyetmələrə verilən cəzalar liberallaşdırılır
Milli Məclisin payız sessiyasında "Yuvenal ədliyyə haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev açıqlamasında deyib. Deputat bildirib ki, qanun layihəsinin hazırlanmasına bir neçə il əvvəl başlanılıb: "Sənədin ilkin variantı tam hazırlanaraq müvafiq qurumlara təqdim olunub.
Şimali Koreyanın məsuliyyətsiz nüvə sınaqları bəşəriyyətin məhvinə gətirib çıxara bilər
"Koreya Xalq Demokratik Respublikasının sentyabrın 3-də Şimali Hamqyunq əyalətində ballistik raketlərin sınağından sonra həyata keçirdiyi və əvvəlki nüvə sınaqlarına nisbətən daha böyük partlayışla nəticələnən nüvə sınağı yalnızBMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq-aşkar pozulması deyil, həm də Koreya yarımadası və ətraf ərazilərdə sülh və təhlükəsizliyə ciddi təhdiddir".
Teatr 108-ci mövsümü “Ər və arvad” tamaşası ilə açılacaq
Musiqili Teatrı yeni 108-ci teatr mövsümünə dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası ilə start verəcək. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, mövsümün açılışı 16 sentyabr tarixində saat 19.00-da baş tutacaq. “Öncə yeni teatr mövsümünün başlanması münasibəti ilə ölkənin teatr ictimaiyyətini və bütün tamaşaçıları təbrik etmək istəyirəm. Qeyd edim ki, teatrımızda hər yeni mövsümün böyük Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli komediyası ilə açılması artıq ənənə halını alıb. Bunun da xüsusi səbəbləri var. Bildiyiniz kimi Musiqili Teatrın əsası 1910-cu ildə məhz bu ölməz səhnə əsəri ilə - “Ər və arvad” tamaşası ilə qoyulub ”, - deyə teatrının direktoru, Əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayev bildirib.
Sankt-Peterburqda üç azərbaycanlı tutulub
Sankt-Peterburqda oğurluq və soyğunçuluq törətməkdə təqsirləndirilən üç azərbaycanlı həbs edilib. Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, 23, 24 və 26 yaşlarında olan təqsirləndirilənlər yuxu dərmanından istifadə edərək bir neçə şəxsi qarət ediblər.
Kamal Abdulla Hindistan səfiri ilə görüşüb
Sentyabrın 8-də Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb. “Olaylar” bildirir ki, səfiri universitetdə görməkdən məmnunluğunu bildirən rektor Hindistan səfirliyi ilə ADU arasında çox sıx və faydalı əməkdaşlıq mövcud olduğunu xatırlatdı. Hindistandan gələn alim və mütəxəssislər müntəzəm olaraq ADU tələbələri ilə ünsiyyətdə olurlar. Rektor səfirliyin ADU tələbələri ilə ünsiyyətinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. K.Abdulla səfirdən xahiş edib ki, sanskrit dilini bilən mütəxəssisin ADU-ya gələrək burada çalışmasına da yardım göstərsin. Onun sözlərinə görə, həmin mütəxəssisin təkcə Hindistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə deyil, digər tələbələrə də sanskrit dilini tədris etməsi linqvistika baxımından çox faydalı olar.
Gürcüstanın hakim partiyasının icra başçısı vəzifəsinə namizədləri arasında azərbaycanlı yoxdur
Gürcüstanın hakim “Gürcü arzusu” partiyası azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin icra başçıları vəzifələrinə namizədləri məlum olub. Rustavi şəhərinin meri vəzifəsinə İrakli Tabağua, Qardabani rayon icra hakimiyyəti başçısı vəzifəsinə Ramaz Budaqaşvili, Marneuli rayon icra hakimiyyəti başçısı vəzifəsinə Amiran Qiorqadze, Bolnisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Davit Şerazadişvili, Dmanisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Giorgi Tatuaşvili, Tsalka şəhərinin meri vəzifəsinə İlya Sabadze, Tetritskaro şəhərinin meri vəzifəsinə isə Giorgi Koridzenin namizədliyi irəli sürülüb. Siyahıdan göründüyü kimi hakim partiyanın Kvemo Kartli bölgəsinin ən yüksək vəzifələrinə təqdim etdiyi namizədləri arasında azərbaycanlı yer almayıb.
Azərbaycan Ali Baş Komandanının səlahiyyətləri artırılır
Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Prezidenti) yeni səlahiyyətlər verilir. Gələn həftə MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bununla bağlı “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr layihəsi müzakirə ediləcək.
Qəbələdə meşə yanğınları tam söndürüldü
Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınlar tam söndürülüb. Bu barədə özəl olaraq FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovdeyib. O, yanğınsöndürmə əməliyyatlarında FHN-nin 630 nəfər şəxsi heyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 250 nəfər canlı qüvvəsinin, 30 polis əməkdaşının və 2 təcili tibbi yardım briqadasının iştirak etdiyini bildirib.
Canlı yayımlanacaq oyunların SİYAHIsı
Bu gün canlı yayımlanacaq oyunların siyahısını təqdim edir.
Ağdamda bir ailənin 7 üzvü ev yeməyindən zəhərləndi
Ağdamda qidadan zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun Zəngişalı kəndində baş verib. Yaxınlarının təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırdığı 1995-ci il təvəllüdlü Süleymanova Nərmin Mətləb qızı, 1992-ci il təvəllüdlü Süleymanov Nicat Şöhlət oğlu, 1988-ci il təvəllüdlü Həsənova Nuranə Üzeyir qızı, 1970-ci il təvəllüdlü Süleymanova Telli Səməd qızı, 1964-cü il təvəllüdlü Süleymanova Radə Mirzalı qızı, 1959-cu il təvəllüdlü Həsənova Bəsurə Səməd qızı və 1935-ci il təvəllüdlü Süleymanova Zərifə Həsən qızına həkimlər tibbi yardım göstərib.
Elm sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritetdir
«Elm sahəsinin inkişafı həmişə Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub və gün də prioritet istiqamət kimi qalmaqdadır». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov səsləndirib. O, bildirib ki, son illərdə bu sahədə nəzərə çarpan irəliləyişlər əldə edilib. Onun sözlərinə görə, «Elm haqqında» qanun bu baxımdan bu sahənin inkişafına müsbət təsir göstərir.
Paytaxt məktəbləri yeni dərs ilinə hazırdır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri 2017-2018-ci tədris ilinə tam hazırdır. Bu barədə məlumat “OLAYLAR”-a BŞTİ-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, növbəti dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey üçün yeni bina inşa olunub.





_(copy).jpg)








