Gündəm
Aleks Ferqyusson vaxtilə Zidanın transferinə razı olmayıb
"Mançester Yunayted" 1996-cı ildə Zinəddin Zidanın transferini reallaşdırmağa yaxın olub. "Qırmızı şeytanlar"ın sabiq katibi Martin Edvards transferin baş tutmamasına yeganə maneə kimi Erik Kantona göstərib. Onun sözlərinə görə Aleks Ferqyusson eyni mövqedə çıxış edən fransızlar arasında narazılıqdan ehtiyat edərək transferə mənfi münasibət bildirib. "Zidan və Erik eyni mövqedə çıxış edirdi.
Erməni fəal məhkəməyə etirazını belə bildirdi
Ermənistanda siyasi məhbus Jirayr Sefilyanın və digərlərinin işi üzrə məhkəmə iclasından öncə ictimai fəal Vardqes Qasparin təkbaşına etiraz aksiyası keçirib. Qasparin bu yolla Sefilyan üçün ayrılmış ictimai vəkil Marine Tovmasyanın məhkəmənin qərarlarına, bu qərarların icrasında, Jirayrın razılığı olmadan iclaslarda iştirak etməsinə etirazını bildirib. O, etirazını yerə uzanmaqla həyata keçirib.
ABŞ-da məktəbdə atışma
ABŞ-ın Ohayo ştatında orta məktəblərin birində atışma qeydə alınıb. Kolumbus şəhərində baş vermiş atışma nəticəsində xəsarət alan olmayıb. Polis atəş açan şəxsi saxlayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Fransa Əsədlə bağlı mövqeyini açıqladı
Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən gedişi ölkədə keçid prosesinin başlanğıcı üçün şərt olmamalıdır. Bunu Fransanın Xarici İşlər Nazirliyinin başçısı xarici işlər naziri Jan-İv Le Drian rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.
"Qalatasaray"ın növbəti transferi
"Qalatasaray" növbəti transferini rəsmiləşdirib. İstanbul klubu Sedrik Karrasko ilə anlaşıb. Onun məvacibi 600 min avro olacaq. Karrasko meydana çıxdığı oyunlarda klubun qazandığı hər oyuna görə 5 min avro mükafat alacaq. Təcrübəli qapıçı meydana çıxmadığı oyunlarda qazanılan hər xala görə 1.250 min avro müfakat qazanacaq.
İspaniyada vətəndaş müharibəsi başlayır?
Kataloniya parlamentinin sentyabrın 6-da qəbul etdiyi qərar ölkəni vətəndaş müharibəsi həddinə gətirib. İspaniya hökumətindən yüksək vəzifəli bir səlahiyyətli referendumun keçirilməməsi üçün bütün vasitələrdən istifadə olunacağını deyib.
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər ilə bağlı məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb
Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb. Məlumata görə, Müqəddəs Danil monastırında keçirilən görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin iştirak edirlər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olacaq.
Müşfiq Ələsgərli “Qızıl qələm” paylayanları nazirliyə şikayət edəcək: “Adımıza ləkədirlər!”
“Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı” adlı təşkilatın sağda-solda kimə gəldi ad, diplom paylaması ciddi jurnalistika ilə məşğul olanlarda narazılıq yaradıb. Həm də deyilənə görə, o təşkilat bunu elə-belə etmir. Həmin diplomların kimlərəsə müəyyən məbləğlərdə pul müqabilində verildiyi bildirilir. İş o yerə çatıb ki, hətta “reket jurnalistikası”na belə, aidiyyatı olmayanlara "Qızıl qələm", "İlin jurnalisti", "Peşəkar jurnalist" kimi “təltiflər” verilir.
"Traktor" son dəqiqə qolları ilə sevindi
İran kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Təbrizin "Traktorsazi" klubu səfərdə "Padideh Şandiz" komandası ilə qarşılaşıb. "Qırmızı qurdlar" matçın 70-ci dəqiqəsində hesabda geri düşsə də, qələbə qazanmağa nail olub.
Bilik evlərinin müşavirəsi keçirilib
Bilik Fondunda bölgələrdə fəaliyyət göstərən Bilik evləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Fonddan “Olaylar” – a bildirlib ki, müşavirədə Şəmkir Bilik Evinin direktoru, millət vəkili Sona Əliyeva və kiçik mütəxəssisi Hicran Əliyeva, Nardaran Bilik Evinin direktoru, millət vəkili Dilarə Cəbrayılova və kiçik mütəxəssisi Nərmin Əliyeva, Astara Bilik Evinin direktoru, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova və kiçik mütəxəssis Röya Hacıyeva, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, Qarabağ Regional Bilik Evinin (Tərtər) kiçik mütəxəssisi İradə Əkbərli, Qax Bilik Evinin direktoru Rövşən Hədisov, Oğuz Bilik Evinin direktoru Anar Məcidov və mütəxəssisi Cəlil Hacıyev iştirak ediblər.
Ermənilər Ağdamın işğal altında olan ərazilərində növbəti yanğın törədib
Ermənistan silahlı qüvvələriAğdam rayonunun işğal altında olan ərazilərində növbəti yanğınlar törədiblər. YanğınlarAğdamın işğal altındakı dağ massivlərində, 5 istiqamətdə müşahidə olunur. Alovun miqyası getdikcə böyüyür.
Dominikanda dəhşət — 16 yaşlı qızın meyiti çemodanda tapıldı
Dominikan respublikasında dəhşətli cinayət hadisəsi baş verib. 16 yaşlı hamilı Emeli Pequeronun meyiti yol kənarındakı bir çemodanın içində tapılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən 5 aylıq hamilə qızın uşaqlığı parçalanıb və başına sərt alətlə zərbə endirilib.
Rusiyada tapılan iri almaza Türkiyədə qətlə yetirilmiş səfirin adı verildi
Rusiyada aşkar edilmiş 52 karata yaxın ölçüdə olan almaz ölkənin Türkiyədə qətlə yetirilmiş keçmiş səfiri Andrey Karlovun şərəfinə adlandırılıb. Almaz bu ilin iyul ayında tapılıb.
Hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirilir
Azərbaycanda hərbi çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan qurumlar dəyişdirilir. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bununla bağlı Azərbaycan Prezidenti tərəfindən təqdim olunan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 4-cü maddəsinin (Hərbi qeydiyyatın təşkili) 2-ci bəndinin dəyişdirilməsi barədə təklifinə baxılacaq.














